ART
O olmasın, bu olsun (operetta)

O olmasın, bu olsun — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911). Bәstәkarın XIX əsrin sonu XX əsrin әvvәllәri Azәrbaycan hәyatının, mәişәtinin qüsurlarını dolğun ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada müflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücünә fanatik inamı ilә seçilәn varlı tacir zümrәsi ilә ittifaqa girmәk cәhdi inandırıcı tәsvir olunmuşdur.

İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mübarizә aparan, pulun hökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin nümayәndәlәri "әski" cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi mühüm dramaturji rol oynayıb, hadisәlәrin gedişatına fәal yardım göstәrir, qәhrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәhrәmanlar arasında puluna görә "yuxarı" tәbәqәlәrin hörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.

Onun musiqi partiyası әnәnәvi xalq mahnı-rәqs havalarına әsaslanan orijinal parodiya uzәrindә qurulmuşdur. "Uzundәrә" lirik xalq rәqsinin bir qәdәr dәyişdirilәn melodiyasından istifadә olunmuş vә Mәşәdi İbadın ilkin xarakteristikasını verәn "Mәn nә qәdәr, nә qәdәr qoca olsam da" mahnısı bu yöndәmsiz, çirkin tacirin ifasında ifrat mubaliğәli sәslәnir. Әsәrin sonuncu pәrdәsindә tәkrarlanan bu mahnı Mәşәdi İbadın mәnәvi mәğlubiyyәtini göstәrir. Qalan mәnfi obrazlar kütlәvi musiqi portreti—sәhnәdә cәrәyan edәn hadisәlәrә tәbii surәtdә qoşulan xor parçaları ilә sәciyyәlәndirilir. Әsәrin әn parlaq satirik sәhnәlәrindәn biri Mәşәdi İbadın "qorxunc" dostlarının (bir-birini sevәn Sәrvәrlә Gülnazı hәdәlәyәn şәhәr qoçularının) kollektiv obrazını tәsvir edәn tәmtәraqlı-tәntәnәli "Ey kimsәn orda, aç qapını!" marş-xorudur. Birinci pәrdәdә Rüstәm bәyin qonaqlarının dava sәhnәsinin musiqisi hay-küy vә çaxnaşma mәnzәrәsini әks etdirәn xor ilə әlamәtdardır.

Sərvər, Gülnaz və Sənəm Bu әsәrdә Üzeyir bəy Hacıbəyov ilk dәfә olaraq lirik obrazların fәrdi alәmini әks etdirәn mahnı-ariya xarakterli melodiyalar yaratmışdır. Müsbәt obrazlar, hәm dә, Məhəmməd Füzulinin qәzәllәrindәn istifadә olunan duetlәrlә sәciyyәlәndirilir. Sәrvәr vә Gülnazın dәrin, sәmimi hisslәrini açıqlayan zәrif, xәyallarla dolu musiqi partiyaları "Arşın mal alan" vә "Koroğlu"nun ariya üslubuna yol açmışdır. Üzeyir bəy Hacıbəyov bu musiqili komediyasında ilk dәfә olaraq qәhrәmanların әhvali-ruhiyyәsini deyil, xarakterini tәcәssüm etdirmәk yolu ilә gedәrәk, musiqi obrazlarının fәrdilәşdirilmәsinә nail olmuşdur. Bәstәkarın melodik istedadı bu әsәrdә parlaq tәzahürünü tapmışdır. Komediyanın ayrı-ayrı parçaları geniş şöhrәt qazanmış vә müstәqil әsәrlәr kimi ifa olunur. Әsәrin ilk tamaşası 1911-ci il aprelin 25-dә Bakıda olub.

Baş rollarda Mirzağa Әliyev (Mәşәdi İbad), Hüseynqulu Sarabski (Sәrvәr) vә Әhməd Ağdamski (Gülnaz) oynamışlar. Tamaşaya Üzeyir bəy Hacıbəyov özü dirijorluq etmişdir. Sonralar musiqili komediya müxtәlif dillәrә tәrcümә olunmuş, Zaqafqaziya şәhәrlәrindә, Türkiyәdә, Bolqarıstanda, Yәmәndә vә s. ölkələrdə tamaşaya qoyulmuşdur. Әsәrin әdәbi mәtni ilk dәfә 1912-ci ildә Bakıda, Orucov qardaşları mәtbәәsindә nәşr olunmuşdur. Musiqili komediya 2 dәfә ekranlaşdırılmışdır.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur