YERLƏR
Çiçen-İtsa

Çiçen-İtza — Mayya mədəniyyətinə aid şəhər

Çiçen İtza (Kukulkan) piramidası e.ə. 800-cü ildə indiki Meksikanın Yukatan yarımadasında salınmış Mayya mədəniyyətinə aid Çiçen İtza antik şəhərində yerləşir. Həmin şəhərdə yerləşdiyi üçün əsl adı Kukulkan olan piramida daha çox Çiçen İtza adı ilə tanınır. Çiçen İtza piramidasının yüksəkliyi üst platformaya nəzərən 24 m-dir. Piramidanın 4 tərəfinin hər birində 91 pillə var ki, bunlarda 4x91=364 edir, üzərinə də sondakı sütunu əlavə etdikdə, 365 yəni ilin günləri alınır. Bundan başqa həmin antik şəhərdə Çak Mol, Akab Dzib məbədləri, Karakol rəsətxanası, Qadın Monastrı və başqa tikililər də vardır.

Tarixi abidələr

Şəhərdəki mühüm tikililər bunlardır:

  • Qala adı ilə tanınan Kukulkan Məbədi, ya da Kukulkan Piramida: Mayalar bu piramida ilə astronomiya və riyaziyyat biliklərini ortaya qoymaq istəyirdilər və müəyyən bir sistemlə inşa etmişlər. Məsələn, 4 cəbhəsinin hər birində 91 pillə yer alır ki, beləliklə 4x91-lə hesabladığımız zaman 364 sayına ən təpədəki düzü (1) də əlavə edəndə ildəki günlərin sayı olan 365-i tapırıq. Bundan başqa, piramidanı elə bir şəkildə idarə etmişlər ki, yaz və payızda gecə-gündüz bərabərliyi baş verdiyi an, piramidaya gələn günəş işıqları piramidanın çıxıntıları sayəsində, pilləkən pillələrinin dibində olan iki ilan başı yontusunun S-lər çəkən bir gövdə davamı olacaq şəkildə bir kölgə təşkil edir. (İki başlı ilan). Bu ilan, Kukulkan adı ilə tanınan tanrı tüklü ilandır. (İlanın bir xüsusiyyəti bədəninin göy cisimlərinin orbitləri şəklini ala bilməsi ilə S-lər çəkə bilməsidir). Bundan başqa, piramidanı inandıqları yeraltı aləmin qatları sayı kimi 9 fərqli səviyyə halında hazırlamışlar. Piramidanın zirvəsindən baxdıqda 300 hektarlıq bir görüş sahəsinə sahib olunur, yəni şəhərdəki bütün tikililər görülə bilinməktədir.
  • Caracol deyilən rəsədxana.
  • Adı Maya dilində "sirli yazıların evi" mənasına gələn Akab Dzib.
  • Baş keşişin məbədi.
  • Döyüşçülər məbədi.
  • Top oyunu meydançası.
  • İspanca "rahibələr monastırı" adı verilmiş rəhbərlik sarayı.
  • Müxtəlif məbədləri ehtiva edən, "Qədim Chichen" tikililər qrupu.




comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur