WEB
Amerikada gəlmiş keçmiş ən pis şöhrətə sahib haker: Kevin Mitnik

Amerikanın kiber cinayətkarları arasında bir nömrəli yeri tutan və hakerlik məsələsində əfsanələşmiş bir məşhurluğa sahib olan Kevin Mitnik, bu günlərdə öz təhlükəsizlik şirkətini idarə edir. Mitnikin qaranlıq şöhrətinin necə başladığına qısaca nəzər salaq.

1963-ci ilin Avqust ayında anadan olan Kevin Mitnik, uşaqlıq dövrünü kompüterlərlə ünsiyyətdə olmaq əvəzinə Radioshack adlı bir dükanda və kitabxanalarda çalışaraq keçirir. Zamanının böyük qismini buralarda keçirən Kevinin hekayəsi, 17 yaşında Los-ancelesdəki Pacific Bell telefon şirkətini təşkil etdiyi kiber hücuma görə həbs olunması ilə başlayır. Pacific Bell telefon şirkəti Amerikadakı bütün telefonların məlumat bazası mövqeyində qərarlaşır. Etdikləri arasında sevmədiyi bir tanıdığına davamlı olaraq yüklü miqdarda borc qəbzi göndərmə və istədiyi adamların telefonlarını nasaz göstərmə kimi şeylər vardır.

Həbsdən çıxdıqdan sonra bir müddət kənarda olmağın məmnunluğunu yaşayan Mitnik, 1983-ci ildə ARPANet Pentaqonun təhlükəsizlik sisteminə kiber hücum etdiyinə görə yenidən həbs edilir.

Bu dəfə həbsdən çıxanda sakit bir həyat sürmək üçün səy göstərən məşhur haker, 1987-ci ildə Sanda Cruz adlı şirkətə qarşı həyata keçirdiyi iddia edilən bir hücumda günahlandırır. Bu məhkəməni də uduzan Mitnik, daha 3 il müddətinə həbs edilir.

1970-ci illərdə son həbs olunması olan 1995-ci ilə qədər Kevin Mitnik şirkətlərin təhlükəsizlik tədbirlərinə məharətlə haker hücumları təşkil etdi və bu məsələdə həqiqətən böyük bir şöhrətə qovuşdu. Sistemlərini sındırmağa müvəffəq olduğu şirkətlərin başında Sun Microsystems, Digital Equipment Corporation, Motorola, Netcom və Nokia da vardı.

Son həbs olunması əsnasında FBI ona "əlinə telefon verilsə nüvə müharibəsi başlada biləcək tutuma sahib" biri kimi xarakterizə edir və həbsdə ona telefon verilməsinə mane olur. Həbsdən çıxdığı zaman isə artıq köçəri bir həyat sürməyə qərar verir.

Bu prosesdə həmçinin qeyri-qanuni işləri axıra çatdırmağa qərar verir və FBI-dakı "Hakerlərin Şərəf Sıyahısı" na girərək pis şöhrətini üzərindən götürür. Proqramlaşdırma hakeri olaraq bilinsə də Mitnik, avadanlıqları da hak etməsi ilə də tanınır. 2000-ci ildən sonra kompüterini istifadə edərkən internet olmamasına diqqət göstərir və həyatına bir müddət bu şəkildə davam edir.

Kevin Mitnik daha sonra normal bir həyat sürməyə qərar verir və yaşadığı təcrübələri kitab halına gətirir. Hazırda isə şirkətlər üçün təhlükəsizlik dəstəyi təqdim edən bir proqramlaşdırma firmasına sahiblik edir.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur