XƏBƏRLƏR
Türkiyədə referendum keçirilir

Türkiyədə ölkə konstitusiyasına dəyişiklikləri ilə bağlı referendum start götürüb. Türkiyənin şərq əyalətlərində seçki məntəqələri Bakı vaxtı ilə 08:00-da açılıb.

Ölkənin digər regionlarında seçki məntəqələri bir saat sonra, Bakı vaxtı ilə saat 09:00-da açılıb və 18:00-a qədər davam edəcək.

Ölkə tarixində sayca yeddinci olan bu referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur.

Referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.

Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.

Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.

Yenilənib

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 99,97 faizi sayılıb. SalamNews –un verdiyi xəbərə görə, bülletenlərin 98 faizinin sayılmasından sonra seçicilərin 51.21 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.79 faizi əleyhinə səs verib.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur