YERLƏR
Heydər Əliyev Mərkəzi

Layihə Haqqında

Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı.

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.

Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.

Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.

Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.

Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.

Ümumi ərazi 15,93 ha

Tikinti sahəsi 101.801m 2

Park(landşaft ərazi) 13.58 ha

Binanın zirvəsi-74.1 metr

Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir.

Ərazidə 2 dekorativ hovuz və süni göl var.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

 

Əsas bina 3 bölmədən ibarətdir:

1. Heydər Əliyev Muzeyi bölməsi

2. Sərgi zalları bölməsi. 9 mərtəbəli olan bu bölmədə sərgi salonları, inzibati ofis və kafe yerləşir.

3. Audiorium bölməsi. 4 mərtəbədən ibarət olan bu bölmədə Auditorium, 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, Media mərkəzi yerləşir.

 

Memar Haqqında

Heydər Əliyev Mərkəzinin binasının memarı böyük britaniyalı arxitektor Zaha Hadiddir.

Zaha Hadidin otuz ildən artıq müddətdə əldə ediyi təcrübə nəticəsində ərsəyə gətirdiyi və qeyri-adiliyi ilə seçilən uğurlu layihələri bu gün dünyanın müxtəlif ölkələrinin memarlıq inciləri sırasındadır. Təsadüfi deyil ki, o, tarixə 1979-cu ildə təsis edilmiş Pritzker mükafatını almış ilk qadın-memar kimi daxil olmuşdur.

Əldə etdiyi şöhrətə doğru uzun və çətin yol qət edən memar 1997-ci ildən məşhurlaşıb və onun əsərlərinə tələb artmağa başlayıb.

Yaradıcılığı ilə bütün qəlibləri və qəbul olunmuş çərçivələri dağıdan Zaha Hadid layihələrində əyri xətlərlə dinamika yaradır.

Zaha Hadidin məşhur əsərləri sırasında Romadakı MAXXI-XXI əsr Milli İncəsənət Muzeyi, BMW-nin Leyptsiqdəki (Almaniya) zavodunun mərkəzi binası, Strasburqdakı (Fransa) Noenheim-North vağzalı və avtodayanacağının binası, London Arxitektur Fondunun binası və s. var.

 

MEMARLIQ SİMVOLU

Auditorium

Auditorium zalı bir çox kütləvi tədbirlər – konfrans, forum, simpozium, konsert keçirilməsi üçün müasir infrastruktura malik ideal məkandır.

Zal bütünlüklə süzgün, assimetrik xətlərdən ibarətdir. Divar, tavan və döşəmə arasında sərhəd yoxdur.

Zal palıd ağacı ilə üzlənib. Bu, təbii gözəlliklə yanaşı, həm də xüsusi akustikanı təmin edir.

Ümumi sahəsi 1200 m2 olan Auditoriumda 960 tamaşaçı yeri var.

Auditorium parter və amfiteatrdan ibarətdir. Zala müxtəlif mərtəbələrdən 12 giriş var.

Səhnənin sahəsi 290 m2-dir.

 

Konfrans zalları

Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün 2 konfrans zalı var.

Zal xüsusi panellərlə 3 hissəyə bölünə bilir.

Zalın hündürlüyü 7.6 metrdir.

Zəruri avadanlıq və qurğularla təchiz edilmiş zalda hər bir tədbirin formatına uyğun planlama aparmaq mümkündür. Zalın 6 girişi var.

Mərkəzin Auditorium bölməsinin 3-cü mərtəbəsində yerləşən ikinci konfrans zalının ümumi sahəsi 1811 m2, hündürlüyü 7.8 metrdir.

Bu hissələr müvafiq olaraq 493 kv.m,510 kv.m və 793 kv.m-dir.

Giriş mərtəbəsində yerləşən konfrans zalının(çoxməqsədli zal)ümumi sahəsi 1796 m2-dir.

 

Sərgi zalları

Mərkəzin Sərgi zalları bölümünün giriş mərtəbəsi, 1, 2, 3 və 4-cü mərtəbələrində müxtəlif sərgilər üçün zallar var.

Giriş mərtəbəsindəki sərgi zalı: 785.58 m2

1-ci mərtəbədəki sərgi zalı: 1163.4 m2, 2-ci mərtəbədəki sərgi zalı: 794.54 m2

3-cü mərtəbədəki sərgi zalı:767.72 m2, 4-cü mərtəbədəki sərgi zalı: 860.53 m2

Mərkəzin Sərgi zalları bölümünün giriş mərtəbəsi, 1, 2, 3 və 4-cü mərtəbələrində müxtəlif sərgilər üçün zallar var.

 

Kafe


Parkinq

Mərkəzdə 4 mərtəbəli, ümumi sahəsi 39 420 m2, 1241 avtomobil tutumu olan yeraltı dayanacaq var.

Mənbə: www.heydaraliyevcenter.az


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur