TARİX
İtaliya Müharibəsi (1551-1559)

İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-cu illər arasında baş vermiş bir müharibədir. Fransa Krallığının İtaliya Yarımadasında suverenlik qurmaq istəməsiylə başlayan bir müharibədir. Müharibə nəticəsində İspanlar, Cənubi İtaliyanı ələ keçirdi.

Müharibələr

O illərdə Osmanlılarla ittifaq etmiş olan 2-ci Henri, Osmanlının dəstəyini alaraq Müqəddəs Roma İmperiyasına və İspan İmperiyasına müharibə elan etdi.

Aralıq dənizdəki toqquşmalar

Müharibənin ilk toqquşması kimi Tripolinin ələ keçirilməsi planlaşdırıldı. Sonra, 1552-də, Osmanlının dəstəklədiyi Fransız donanması, İtaliyada Calabria regionunu ələ keçirildi. Həmin il, Andrea Dorianın komandanlıq etdiyi İtalyan Donanması batırıldı (Ponza Dəniz Müharibəsi).

Quru toqquşmaları

1553-də birləşmiş donanma, Korsikanı işğal edib. Bu ildən sonra, sülh əldə olunana qədər, Osmanlılar dənizdə təkbaşına vurqaç hücumlarına davam etdi. Bu vurqaç hücumlarının ən əsası, 1558-də Balear Adalarına edilən hücumlardır.

1553-də Fransa, Sienanın dəstəyi ilə quru hücumlarına başladı. 1554-də gerçəkləşdirilən Marciano Müharibəsində, birləşmiş ordu məğlub oldu; Və Siena düşdü. Ancaq həmin il Fransa; Renty Müharibəsi nəticəsi olaraq Metz, Toul və Verdin şəhərlərini ələ keçirdi.

1556-da İspaniya ilə Fransa sülh müqaviləsi imzalamaq üçün görüşsə də, münaqişədən dolayı imzalanmadı. Həmin il V Karlın taxtdan çəkilməsinin ardından, müharibənin axarı dəyişdi. İspanlar Flandriyanı ələ keçirdi. İngiltərənin müharibəyə daxil olmasilə, Fransa Kale şəhərini ələ keçirdi.

Sülhün təmin olunması və nəticələr

3 Aprel 1559-da İspaniya ilə Fransa arasında Cateau-Cambrsis Sülh Müqaviləsi imzalanıb. Fransızların nə ciddi bir itki, nə də ciddi bir qazancı oldu. Müqəddəs Roman İmperiyasının ərazi bütövlüyü pozuldu. İspaniya, İtaliyadakı mütləq güc oldu; Və özündən daha güclü orduya (Osmanlı-Fransız birləşmiş ordusu) qarşı, uğurlu bir şəkildə dayana bildi.

Nəticə: Cənubi İtaliya İspaniya hakimiyyətinə keçdi, Fransa Qərbi Avropada bir qədər torpaq qazandı

Kamil Adgözəlli


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur