XƏBƏRLƏR
Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda parlayış baş verib (Yenilənir)

19:23

Sankt-Peterburqda gerçəkləşən partlayışın ardından şəhərdə sabahdan etibarən tətbiq olunmaq üzrə 3 günlük matəm elan edildi.

19:17

Rusiya Dövlət Başçısı Vladimir Putin, Sankt Peterburq lu rəsmilərə partlayışda ölənlərin yaxınlarına lazımi dəstəyin verilməsini göstəriş verib.

Kremldən edilən açıqlamada bunlar qeyd edildi: "Şəhər rəsmiləri, lazım olsa federal orqanları, ölənlərin yaxınlarına və yaralılara lazımi dəstəyi təmin etmək üçün lazımi bütün addımları atacaq."

19:12

Rusiya İstintaq Komitəsinin Sözçüsü İrina Petrenko, partlayışın baş verdiyi qatarı idarə edən maşinistin qatarı dayandırmaması qərarının ölü sayının artmasına mane olduğunu vurğulayıb.

19:00

Rusiya Səhiyyə naziri Veronika Skvortsova, partlayışda ən azı 10 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını açıqlayıb. Skvortsova, 6 yaralının vəziyyətinin ağır olduğunu ifadə edib.

18:25

Rusiya baş naziri Dmitri Medvedev, Sankt Peterburq metrosundakı partlayışda ölənlərin ailələrinə başsağlığı diləyib. Medvedev, partlayış üçün 'ortaq acımız' ifadəsiniişlədib.18:14

Rusiya Milli Terrorla Mübarizə Komitəsi, metrodaki partlayışda 9 nəfərin öldüyünü, 20-yə yaxın adamın da yaralandığını açıqlayıb.

Sankt-Peterburqda metronun "Dirçəliş meydanı" stansiyasında daha bir partlayıcı qurğu tapılıb. "Report" Sankt-Peterburqda dərc edilən "Fontanka" nəşrinə istinadən xəbər verir ki, qurğu işə düşməyib, hazırda zərərsizləşdirilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Rusiya hökuməti hadisə nəticəsində zərər çəkənlərə yardım göstərilməsi məqsədilə bütün lazımi tədbirləri görəcək" - V.Putin bildirib.

Məlumata görə, Rusiya prezidenti Sankt-Peterburq metrosundakı partlayışları Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov ilə müzakirə edib.

Hadisə Yerindən fotolar.

 


 

Sankt-Peterburqdaki bütün stansiyaları boşaldılıb.

Hadisənin ardından şəhərdəki bütün metro stansiyalarının bağlanıldığı və təxliyə edildiyi açıqlanıb.

Rusiyada daha əvvəl də metro stansiyaları hücuma hədəf olmuşdu. 2010-cu ildə Moskva metrosunun sıx olduğu dəqiqələrdə reallaşan partlayışda, 39 insan can vermişdi.

Kremlin nümayəndəsi Dmitry Peskov isə Putinin səhər Sankt Peterburqda olduğunu ancaq daha sonra şəhərdən ayrıldığını açıqladı.

Partlayışlar sonrası Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik tədbirləri artırıldı.

Hücum Putinin Sankt-Peterburq səfərinə təsadüf edib və Rus lider partlayışın baş verdiyi bölgənin yalnız 20 km uzaqlığında olub.

Rus mətbuatı, 10 nəfərin həyatını itirdiyini açıqlamışdı, rəsmi qaynaqlar bu məlumatıtəsdiqləyib. 50'nin üzərində yaralı olduğu verilən məlumatlar arasındadır.

Rusiyanın Sankt Peterburq şəhərindəki metroda meydana gələn iki partlayışda ən azı 10 nəfərin öldüyü bildirildi.FOTO DHA

Interfax xəbər agentliyi, iki metro stansiyasındakı iki qatarda meydana gələn partlayışda 20 nəfərin də yaralandığı və hadisədə parça təsirli bombaların istifadə edildiyini bildirib.

Üç metro stansiyasının da bağlanıldığı bildirilir.

Rusiya lideri Vladimir Putin, partlayışın səbəbini təyin etməyə çalışdıqlarını, təcili yardım təşkilatlarının başçılarıyla görüşdüyünü və hadisədə ölən və yaralananların olduğunu bildirib.

Hadisədə ölənlərin yaxınlarına başsağlığı verən Putin ayrıca, terror daxil bütün ehtimalları dəyərləndirdiklərini vurğulayıb.

Mənbə: BBC


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur