TARİX
Dördgünlük müharibə (Aprel Döyüşləri)

Dördgünlük müharibə— 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.[33]Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

Haqqında

İlk döyüşlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin isə 12 hərbi qulluqçusu şəhid olub. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi.

2 aprel 2016-cı ildə beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan başlayaraq birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edir. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu.

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığıni elan edib. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Əməliyyatların dayandırılmasından sonra başlanılan döyüşlər

Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərinin dayandırılmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib. Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 3 və 4-nə keçən gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub.

Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Bu istiqamətdə düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında Ermənistanın 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib, cəbhənin Xocavənd-Füzuli istiqamətində isə Ermənistanın 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar. Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb. Aprelin 5-ə olan məlumata görə bütün cəbhə boyu son iki gün ərzində döyüşlərdə vuruşan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aprelin 19–unda yayımladığı məlumata əsasən cəbhə bölgəsində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilib. Növbəti gün, aprelin 20–sində yayımlanmış məlumatlarda isə qeyd edilir ki, yenə Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.

Atəşkəs

5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Ermənistan ordusunun bölmələri tərəfindən həmçinin aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı Azərbaycan ordusunun mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutub. Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri Dördgünlük müharibədə uğursuzluğa görə işdən qovulmuşdur.

İtkilər

Azərbaycan tərəfi

Hərbi

Döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə məxsus 14 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən 100-dən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

İlk döyüşlərdə Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri Ermənistan tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub. Əks hücum zamanı Ermənistan Silahlı Qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayıb. Həmçinin, ermənilərin işğal olunmuş ərazilərdə ki, komanda-qərargah məntəqəsi darmadağın edilib.

Şəhidlərin siyahısı

Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının aprelin 6-na aid olan sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub. Azərbaycanın kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlara əsasən Azərbaycan 86 şəhidini dəfn edib.


RütbəAdı, soyadıTəvəllüdüDəfn tarixiDəfn olunduğu yer
Polkovnik Vüqar Nurəddin oğlu Yusifov 1976 6 aprel 2016 Şəmkir rayonu, Şiştəpə kəndi
Polkovnik-leytenant Raquf Cahangir oğlu Orucov 1972 5 aprel 2016 Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı
Murad Telman oğlu Mirzəyev 1976 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Mayor Təbriz Tariyel oğlu Musazadə 1981 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Urfan Üzeyir oğlu Vəlizadə 1978 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Rasim Əbdül oğlu Məmmədov 1977 5 aprel 2016 Naxçıvan şəhəri
Elnur Adil oğlu Əliyev 1976 3 aprel 2016 Füzuli rayonu
Samit Gülağa oğlu İmanov 1981 9 aprel 2016 Neftçala rayonu, Həsənabad qəsəbəsi, Şəhidlər Xiyabanı
Kapitan İnqilab Çingiz oğlu Quliyev 1983 5 aprel 2016 Gəncə şəhəri, Şəhidlər xiyabanı
Mühid Qurban oğlu Orucov 1984 9 aprel 2016 Qazax rayonu, Fərəhli kəndi
Vaqif Dilqəm oğlu Bayramov 1979 11 aprel 2016 Naftalan şəhəri
Nəcməddin Akif oğlu Savalanov 1985 9 may 2016 İmişli rayonu, Göbəktala kəndi
Baş leytenant Əbu Bəkir Vüqar oğlu İsmayılov 1990 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Mirzə Sərvər oğlu Novruzov 1984 5 aprel 2016 Bakı, II Fəxri xiyaban
Rəşid Rövşən oğlu Mehdiyev 1990 5 aprel 2016 Salyan rayonu, Xələc kəndi
Ziya Niyazi oğlu Həsənov 1989 6 aprel 2016 Bərdə şəhəri, Şəhidlər Xiyabanı
Elvin Məmməd oğlu Namazov 1990 9 aprel 2016 Qazax rayonu, Yuxarı Salahlı kəndi
Cavid Gülbala oğlu Dədəkişiyev 1989 11 aprel 2016 İmişli rayonu, Qaralar kəndi
Elnur İsgəndər oğlu İsgəndərov 1989 11 aprel 2016 Şəki rayonu, Şəki şəhəri
Leytenant Sahil Həsrət oğlu Şirinov 1992 6 aprel 2016 Qəbələ rayonu, Bum qəsəbəsi
Gizir Dilsuz Məmmədağa oğlu Qarayev 1990 4 aprel 2016 Ağcabədi rayonu, Hindarx qəsəbəsi
Orxan Kazım oğlu Hümbətov 1992 5 aprel 2016 Şəki rayonu, Kiş kəndi
Orxan Ələsgər oğlu Müstəcəbov 1993 5 aprel 2016 Qobustan rayonu, Bədəlli kəndi
Nurlan Rasim oğlu Abdullayev 1994 5 aprel 2016 Zərdab rayonu, Böyük Dəkkə kəndi
Rusif İbrahim oğlu Ağayev 1987 7 aprel 2016 Lənkəran rayonu, Hirkan qəsəbəsi
Teymur Sabir oğlu Qasımov 1992 9 aprel 2016 Mingəçevir, Şəhidlər Xiyabanı
Bəxtiyar Rəfael oğlu Hüseynov 1995 9 aprel 2016 Goranboy rayonu, Qızılhacılı qəsəbəsi
Toğrul Habil oğlu Fərəczadə 1993 9 aprel 2016 Ağsu rayonu, Bico kəndi
Şahin Yaşar oğlu Cavadov 1994 9 aprel 2016 Beyləqan rayonu, Beyləqan şəhəri
Pəncəli Nurməmməd oğlu Teymurov 1981 11 aprel 2016 Astara rayonu, Azaru kəndi
Tural Gülşad oğlu Qurbanov 1992 11 aprel 2016 Kürdəmir rayonu, Sığırlı kəndi
Mirsalam Təvəkkül oğlu Cəfərov 1994 11 aprel 2016 Tovuz rayonu, Bayramlı kəndi
Kiçik gizir Babək Vəfadar oğlu Abidov 1992 9 aprel 2016 Şabran rayonu, Zeyvə kəndi
Çavuş Təbriz Hamlet oğlu Əsgərov 1993 6 aprel 2016 Şəmkir rayonu, Morul kəndi
MAXE hərbi qulluqçu Ruhin Əşrəf oğlu Qəhrəmanov 1997 3 aprel 2016 Biləsuvar rayonu, 2 saylı məcburi köçkün qəsəbəsi
Nurlan Bayram oğlu Əsgərov 1995 5 aprel 2016 Masallı rayonu, Kalinovka kəndi
Rahim Qara oğlu Tağıyev 1979 11 iyul 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Nicat Bəhruz oğlu İsgəndərov 1989 3 aprel 2016 Tərtər rayonu, Tərtər şəhəri
Adil Kamran oğlu Adilzadə 1993 11 aprel 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Rüstəm Oruc oğlu Əhmədov 1983 14 aprel 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Sıravi Rəvan İsmayıl oğlu Nurayev 1997 3 aprel 2016 Zaqatala rayonu, Muxax kəndi
Orxan Məhəmməd oğlu Əliyev 1996 3 aprel 2016 Qazax rayonu, Aslanbəyli kəndi
Sarvan Natiq oğlu Mehrəliyev 1997 3 aprel 2016 Ağdam rayonu, Üçoğlan kəndi Bəzi mənbə:Ballar
Samir Ziyəddin oğlu Qaçayev 1994 3 aprel 2016 Şamaxı rayonu, Məlhəm kəndi
Fərahim Adışirin oğlu Novruzov 1996 4 aprel 2016 Biləsuvar rayonu, Səmədabad kəndi
Ravil Elman oğlu Novruzov 1986 4 aprel 2016 Xızı rayonu, Giləzi qəsəbəsi
Nürəddin Etimad oğlu Mirzəyev 1996 4 aprel 2016 Yardımlı rayonu, Honuba kəndi
Sərxan Azər oğlu Bağırov 1997 4 aprel 2016 Göygöl rayonu, Əlimədədli kəndi
Elmidar Səlimxan oğlu Səfərov 1992 4 aprel 2016 Neftçala rayonu, Aşağı Qaramanlı kəndi
Murad Vaqif oğlu Məmmədov 1989 5 aprel 2016 Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı
Hüseyn Zeynal oğlu Dəmirli 1993 5 aprel 2016 Biləsuvar rayonu, Biləsuvar şəhəri
Elvin Sədrəddin oğlu Qaibov 1989 5 aprel 2016 Xaçmaz rayonu, Əbilyataq kəndi
Ömər Məzahir oğlu Cəbrayılov 1997 5 aprel 2016 Ağdaş rayonu, Şəkili kəndi
Vüqar Natiq oğlu Süleymanov 1993 5 aprel 2016 Şəki rayonu, Böyük Dəhnə kəndi
Teymur Mikayıl oğlu Qasımov 1996 5 aprel 2016 Göyçay rayonu, Çaxırlı kəndi
Rizvan Telman oğlu Muradov 1996 4 aprel 2016 Sabirabad rayonu, Çiçəkli kəndi
Müşviq Arif oğlu Orucov 1996 5 aprel 2016 Bakı, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Dədə Qorqud” qəbristanlığı
Cabbarxan İlham oğlu Hacıağayev 1996 5 aprel 2016 Bakı, Binəqədi rayonu, Xocəsən qəsəbəsi
Nurlan Cəmil oğlu Qasımov 1997 5 aprel 2016 Şəmkir rayonu, Tatarlı kəndi
Xaliq Həsən oğlu Əzizzadə 1996 6 aprel 2016 Bakı, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi
Emin İmran oğlu Bağırov 1996 6 aprel 2016 Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi
Kamran Faiq oğlu Şirəliyev 1994 6 aprel 2016 Bakı, Suraxanı rayonu, Suraxanı qəsəbəsi
Əlizaman Fərrux oğlu İslamov 1997 6 aprel 2016 Lənkəran rayonu, Cil kəndi
Ülvin Cəmaləddin oğlu Məmmədov 1996 7 aprel 2016 Ağcabədi rayonu, Laçından olan məcburi köçkünlərin “Taxta körpü” qəsəbəsi
Səbuhi Rəfayıl oğlu Musayev 1988 7 aprel 2016 Bərdə rayonu, Mustafaağalı kəndi
Şulan Bayram oğlu Bayramov 1996 7 aprel 2016 Sumqayıt şəhəri
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994 9 aprel 2016 Bakı, Sabunçu rayonu, Pirşağı qəsəbəsi
Firdovsi Əliş oğlu Bağırzadə 1996 9 aprel 2016 Masallı rayonu, Güllütəpə kəndi
Mahir Sabir oğlu Mirzəyev 1994 9 aprel 2016 Abşeron rayonu, Mehdiabad qəsəbəsi
Röyal İmran oğlu Nəsirov 1997 9 aprel 2016 Cəlilabad rayonu, Məlikqasımlı kəndi
Altun Fərman oğlu Dəmirli 1997 9 aprel 2016 Şəmkir rayonu, Düyərli kəndi
Elşən Səlim oğlu Səmədov 1997 9 aprel 2016 Şamaxı rayonu, Göylər kəndi
Vüsal İlham oğlu Alıyev 1996 9 aprel 2016 Şəmkir rayonu, Kür qəsəbəsi
Mikayıl Yaqub oğlu Vahabzadə 1993 9 aprel 2016 İsmayıllı rayonu, Maçaxı kəndi
Mahir Qədir oğlu Quliyev 1993 9 aprel 2016 Bakı, III Fəxri Xiyaban
Nazim Nadir oğlu Zəkarayev 1997 9 aprel 2016 Şamaxı rayonu, Şamaxı şəhəri, Şəhidlər Xiyabanı
Yalçın Namiq oğlu Osmanov 1997 9 aprel 2016 Qusar rayonu, Qusar şəhəri
İlkin Azadxan oğlu Mirzəyev 1994 9 aprel 2016 Xaçmaz rayonu, ?
Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996 9 aprel 2016 Qusar rayonu, Caqarqışlaq kəndi
Elvin Azadxan oğlu Mirzəyev 1994 9 aprel 2016 Xaçmaz rayonu, Xaçmaz şəhəri
Əbdülməcid Nadirşah oğlu Axundov 1993 9 aprel 2016 Sumqayıt şəhəri
Mahmud Azər oğlu İbrahimov 1997 9 aprel 2016 Bakı, Mehdiabad qəsəbəsi
Sərxan Oqtay oğlu Bayramov 1993 11 aprel 2016 Zaqatala rayonu, ?
Məhəbbət Zaman oğlu Mirzəyev 1994 12 aprel 2016 Beyləqan rayonu, Dünyamalılar kəndi
Sərxan Oqtay oğlu Bayramov 1993 11 aprel 2016 Zaqatala rayonu, ?
Baxışov Seymur Qulamhüseyn oğlu 1987 20 aprel 2016 Sumqayıt şəhəri, Sumqayıt Şəhidlər Xiyabanı
Əmrah Aydın oğlu Yüzbəyov 1997 4 may 2016 Xaçmaz rayonu, Hacıməmmədoba kəndi
Əli İntiqam oğlu Heydərov 1997 9 may 2016 Abşeron rayonunu, Qobu qəsəbəsi
Natiq Namiq oğlu Tahirli 1997 18 may 2016 Lerik rayonu, Almu kəndi

Mülki

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016–cı ilin aprel ayının 6–sında yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, "2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub".

Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 2 may 2016-cı ildə Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat olmaqla cəmi 6 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016–cı ilin may aynın 2–sində vurğuladığı məlumatda deyilir ki, "Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar; Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235–ə yaxın mal–qara tələf olmuşdur."

Mülki şəxslər

  • 2000–ci doğulmuş Turanə Kamandar qızı Həsənli
  • 1954–cü il doğulmuş Qaraş Şahmar oğlu Dadaşov
  • 1993–cü il doğulmuş Orxan Valeh oğlu Rəhimov
  • 1992–ci il doğulmuş Fərman Elçin oğlu Əsədli
  • 1966–cı ildə doğulmuş Famil Əli oğlu Mustafayev
  • 1943–cü ildə doğulmuş Əli Müseyib oğlu Hüseynov

Ermənistan tərəfi

2016-cı il 13 mayda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının sözlərinə görə, "düşmənin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb".[34][149] Ermənistan və Rusiya KİV–lərində yayımlanmış məlumatlara əsasən Ermənistan tərəfi döyüşdə öldürülmüş 100 hərbçisini dəfn edib:

RütbəAdı, soyadıTəvəllüdüDəfn tarixiDəfn olunduğu yer
Polkovnik-leytenant Aleksan Gevorqoviç Arakelyan 1982 13 aprel 2016 Ermənistan, Şirak mərzi, Gümrü şəhəri
Onik Karoeviç Qriqoryan 1978 ? Azərbaycan, Xocalı rayonu, i.o. Xocalı şəhəri
Roman Vladimiroviç Poqosyan 1979 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Düdükçü kəndi
Mayor Hayk Vaqanoviç Torosyan 1985 7 aprel 2016 Ermənistan, İrəvan şəhəri[150][153][154][155]
Ovsep Rafaeloviç Mailyan 1978 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Binə kəndi
Rudik Baxşieviç Movsesyan 1976 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Xocavənd şəhəri
Suren Qrişaeviç Melkumyan 1979 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Binə kəndi
Kapitan Armenak Mersoviç Urfanyan 1990 6 aprel 2016 Ermənistan, İrəvan şəhəri
Argişti Qaboyan 1993 ? Ermənistan, Şirak mərzi, Medz Mantaş kəndi
Ovsep Geqamoviç Kirakosyan 1988 5 aprel 2016 Ermənistan, Armavir mərzi, Apaqa kəndi
Baş leytenant Merujan Arturoviç Stepanyan 1993 6 aprel 2016 Ermənistan, Şirak mərzi, Gümrü şəhəri
Benyamin Nersesoviç Eqoyan 1992 ? Ermənistan, İrəvan şəhəri
Qraç Vardanoviç Qalstyan 1991 10 aprel Ermənistan, Şirak mərzi, Gümrü şəhəri
Armen Karlenoviç Qasparyan 1974 ? Ermənistan, Sünik mərzi, Qafan şəhəri
Maksim Vaqifoviç Qriqoryan 1986 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Binə kəndi
Leytenant Ayk Rodikoviç Qriqoryan 1993 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Kiş kəndi
Aşot Karapetoviç Şaxbazyan 1993 13 aprel 2016 Ermənistan, Şirak mərzi, Axuryan kəndi
Gizir Qaqik Surenoviç Melkonyan 1982 7 aprel 2016 Ermənistan, Geğarkunik mərzi, Zolakar kəndi
Baş çavuş Qarib Ayaseroviç Saakyan 1987 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Tuğ kəndi
David Yureviç Qasparyan 1979 ? Azərbaycan, i.o. Xankəndi şəhəri
Nver Saroeviç Simonyan 1990 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Tağaser kəndi
Çavuş Yuriy Anatolyeviç Paramazyan ? ? Azərbaycan, Xocavənd rayonu, i.o. Xocavənd şəhəri
Norik Joraeviç Qasparyan 1996 ? Ermənistan, Sünik mərzi, Qafan şəhəri
Robert Abraamoviç Abraamyan 1993 12 aprel 2016 Ermənistan, Ararat mərzi, Taperakan kəndi
Adam Xaçaturoviç Saakyan 1996 ? Ermənistan, İrəvan şəhəri
Karen Artakoviç Nersisyan 1997 13 aprel 2016 Ermənistan, Kotayk mərzi, Bjni kəndi
Arman Seyranoviç Andreasyan 1996 13 aprel 2016 Ermənistan, Şirak mərzi, Medz Mantaş kəndi
Kiçik çavuş Ruben Aşotoviç İskandaryan 1993 6 aprel 2016 Ermənistan, İrəvan şəhəri
Vladik Stepanoviç Narinyan 1996 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Xocavənd şəhəri
Genrik Rudolfoviç Kaxramanyan 1996 ? Ermənistan, Ararat mərzi, Masis şəhəri
Saşa Vaçaqanoviç Qalstyan 1996 ? Ermənistan, Armavir mərzi, Metsamor şəhəri
Robert Aleksandroviç Abacyan 1996 ? Ermənistan, İrəvan şəhəri
MAXE hərbi qulluqçu Vrej Vardanoviç Sarkisyan 1989 6 aprel 2016 Ermənistan, Geğarkunik mərzi, Pokr Masrik kəndi
Vardan Surikoviç Tadevosyan 1990 7 aprel 2016 Ermənistan, Şirak mərzi, Getap kəndi
Arutyun Ovannesoviç Abramyan 1985 6 aprel 2016 Ermənistan, Geğarkunik mərzi, Arequni kəndi
Sasun Faqradoviç Mkrtçyan 1989 5 aprel 2016 Ermənistan, İrəvan şəhəri
Nodarik Artaşesoviç Marqaryan 1963 5 aprel 2016 Ermənistan, Loru mərzi, Quqark kəndi
Geqam Raşidoviç Mkrtçyan 1986 ? Azərbaycan, Kəlbəcər rayonu, i.o. Vəngli kəndi
Aznaur Rafikoviç Balayan 1987 ? Azərbaycan, Xocavənd rayonu, i.o. Susanlıq kəndi
Qrant Samveloviç Qaribyan 1947 ? Azərbaycan, i.o. Xankəndi şəhəri
Qraç Samveloviç Muradyan 1983 ? Ermənistan, İrəvan şəhəri
Karen Parkevoviç Davtyan 1981 ? Ermənistan, Loru mərzi, Vanadzor şəhəri
Andranik Maratoviç Qriqoryan 1986 ? Azərbaycan, Cəbrayıl rayonu, i.o. Sirik kəndi
Tiqran Mxitaroviç Poqosyan 1992 ? ?
Aram Nikolayeviç Aruşanyan 1972 ? ?
Sıravi Rafik Xlqatoviç Akopyan 1996 7 aprel 2016 Ermənistan, Araqacotn mərzi, Karmraşen kəndi
Aqasi Sarmenoviç Asatryan 1996 6 aprel 2016 Ermənistan, Ararat mərzi, Masis şəhəri
Narek Vardanoviç Mkrtçyan 1996 7 aprel 2016 Ermənistan, Sünik mərzi, Vorotan kəndi
Sarkis Armenakoviç Saakyan 1995 7 aprel 2016 Ermənistan, Kotayk mərzi, Hrazdan şəhəri
Aram Araikoviç Abramyan 1996 7 aprel 2016 Ermənistan, Armavir mərzi, Artimet kəndi
Aramais Qriqoroviç Mikaelyan 1996 7 aprel 2016 Ermənistan, Eçmiədzin şəhəri
Qor Karapetoviç Kirakosyan 1996 8 aprel 2016 Ermənistan, Armavir mərzi, Arevik kəndi
Viktor Aleksandroviç Yuzixoviç 1997 8 aprel 2016 Ermənistan, Şirak mərzi, Gümrü şəhəri
Kyaram Kalaşoviç Sloyan 1996 6 aprel 2016 Ermənistan, Araqacotn mərzi, Artaşavan
Vladimir Narinyan ? 7 aprel 2016 Azərbaycan, Xocavənd rayonu, i.o. Xocavənd şəhəri
Vaqe Samveloviç Zakaryan 1995 ? Ermənistan, Kotayk mərzi, Hrazdan şəhəri
Vladimir Varujanoviç Alixanyan 1996 ? Ermənistan, Tavuş mərzi, Dilican şəhəri
Gevorq Qaqikoviç Vardanyan 1996 10 aprel Ermənistan, Şirak mərzi, Gümrü şəhəri
Gevorq Aşotoviç Mqdesyan 1996 ? Ermənistan, Kotayk mərzi, Nor Haçin kəndi
Baqrat Arturoviç Aleksanyan 1995 ? Ermənistan, İrəvan şəhəri
David Razmikoviç Hayrapetyan 1997 ? Ermənistan, Geğarkunik mərzi, Zolakar kəndi
Tiqran Aramoviç Abqaryan 1996 10 aprel 2016 Ermənistan, Şirak mərzi, Gümrü şəhəri
Mişa Kamoeviç Ağacanyan 1996 ? Ermənistan, Araqacotn mərzi, Vardablur kəndi
Artak Ayqavardoviç Petrosyan 1997 ? Ermənistan, Loru mərzi, Metsavan kəndi
Artur Qarnikoviç Gevorkyan 1997 12 aprel 2016 Ermənistan, Kotayk mərzi, Abovyan şəhəri
Azat Kacikoviç Simonyan 1996 12 aprel 2016 Ermənistan, Kotayk mərzi, Kamaris kəndi
Jora Arturoviç Esayan 1996 12 aprel 2016 Ermənistan, Ararat mərzi, Darbnik kəndi
Norik Sarqsyan 1996 12 aprel 2016 Ermənistan, Geğarkunik mərzi, Yeranos kəndi
Boris Rafikoviç Ozmanyan 1996 ? Ermənistan, Armavir mərzi, Aknaliç kəndi
Andranik Atomoviç Zoqrabyan 1996 ? Ermənistan, Ararat mərzi, Vedi şəhəri
Qriqor Qermonoviç Avetisyan 1997 ? Ermənistan, Ararat mərzi, Artaşat şəhəri
Suren Arturoviç Aramyan 1997 ? Ermənistan, Ararat mərzi, Artaşat şəhəri
Baqrat Arturoviç Aleksanyan 1995 13 aprel 2016 Ermənistan, İrəvan şəhəri
Norik Zavenoviç Sarqsyan 1996 ? Ermənistan, Geğarkunik mərzi, Yeranos kəndi
Tiqran Eduardoviç Berakçyan 1997 13 aprel 2016 Ermənistan, İrəvan şəhəri
Qriqor Gevorkoviç Arutyunyan 1997 13 aprel 2016 Ermənistan, İrəvan şəhəri
Armen Manveloviç Qriqoryan ? ? ?
Gevork Qareginoviç Gevorkyan 1996 ? ?
Ayk Samveloviç Minasyan 1996 ? ?
Qarik Mnatsakanoviç Movsisyan 1997 ? ?
Sarkis Qasparyan 1996 ? ?
Marat Rafaeloviç Danielyan 1984 ? ?
Aşot Şavarşeviç Zoqrabyan 1991 ? ?
Armen Qrayroviç Martirosyan 1996 ? ?
Xaçatur Vardanoviç Arutyunyan 1996 ? ?
k. Nikolay Sarkisoviç Ovsepyan 1953 ? Ermənistan, Armavir mərzi, Vağarşapat şəhəri
k. Suren Misakoviç Çartanyan 1955 ? Ermənistan, İrəvan şəhəri
k. Sarkis Lazareviç Xalafyan 1967 8 aprel 2016 Ermənistan, İrəvan şəhəri
k. Qaqik Kolyaeviç Parsadanyan 1960 ? Ermənistan, Sünik mərzi, Qafan şəhəri
k. Sergey Qurgenoviç Danqyan 1958 ? Ermənistan, Sünik mərzi, Sisian şəhəri
k. Eduard Yurikoviç Aleksanyan 1955 ? Ermənistan, Sünik mərzi, Sisian şəhəri
k. Mais Ercanikoviç Mirzoyan 1956 ? Ermənistan, Sünik mərzi, Darbas kəndi
k. Armen Minasoviç Beqlaryan 1973 ? Ermənistan, Sünik mərzi, Axlatyan kəndi
k. Sedrak Sergeeviç Asryan 1972 ? Ermənistan, Sünik mərzi, Darbas kəndi
k. Yegişe Artavazdoviç Nikalyan ? ? Ermənistan, Sünik mərzi, Ltsen kəndi
k. David Baqratoviç Sarqsyan 1956 ? Ermənistan, Sünik mərzi, Balak kəndi
k. Masis Mikaeloviç Tovmasyan 1979 ? Azərbaycan, i.o. Xankəndi şəhəri
k. Norayr Mikaeloviç Xaciyan 1976 ? Azərbaycan, i.o. Xankəndi şəhəri
k. Karo Ambartsumyan 1960 20 aprel 2016 Ermənistan, Sünik mərzi, Sisian şəhəri
k. Vazgen Genrixoviç Arutyunyan[182][183] 1968 ? ?

Şübhəli ölümlər: Ermənistan KİV–lərində yayılan məlumatlara əsasən 2016–cı ilin aprel ayının 11–ində sıravi Qarnik Qamletoviç Avetisyan bədbəxt hadisə nəticəsində ölüb. Növbəti gün, aprelin 12–sində sıravi Sevak Norayroviç Xaçatryanın, 25–ində isə sıravi Ovannes Vaçikoviç Petrosyanın başında güllə yarası izi olan meyidləri tapılıb. Yenə Ermənistan KİV–lərinə əsasən, 2016–cı ilin may ayının 4–ündə rəsmi olaraq yayımlanmış qısa məlumatlarda qeyd edilir ki, mayın 3–ündə sıravi əsgərlər İqor Akopyan və 19 yaşlı Koryun Arutyunyan ölü tapılıblar, meyidlərin üzərində işgəncə və odlu silah yarası izləri aşakarlanmamışdır.

Yekun

Ermənistan KİV–lərində Ermənistan prezidentinə istinadən yayımlanan məlumata əsasən Azərbaycan ordusu düşmən tərəfin nəzarətində olan 800 hektar (8 km²) ərazisini işğaldan azad edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 18 may 2016–cı ildə tarixində yayımladığı məlumatda bildirilir ki, "Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür; Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib."

Təltiflər

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunmuşdur.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər vardır.

Reaksiyalar

Təşkilatlar

  • Flag of Europe.svg Avropa İttifaqı — Qurumun rəsmisi Federika Moqerini(it) həmçinin təşkilatının getdikcə qarşıdurmanın ciddi xarakter almasından narahatlığını da bildirib. “Əmin olmaq istəyirik ki, münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır və beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik”.
  • Flag of the United Nations.svg BMT — Baş katib Pan Gi Mun bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırıb.
  • Avropa Şurası Parlament Assambleyasının Prezidenti, Pedro Aqramunt iki tərəfi atəşkəs rejiminə hörmət edib, dinc danışmalara qayıtmağa və həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrin əsasında Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən bütün silahlı qüvvələrini çıxarmağa çağırıb.

Dövlətlər

  • Flag of Germany.svg Almaniya — Xarici İşlər Naziri Frank-Valter Ştaynmayer hər iki tərəfi dərhal döyüşü dayandırmağa və atəşkəs rejiminə tam əməl etməyə çağırıb.
  • Flag of Turkey.svg Türkiyə — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib. Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan başqa bir açıqlamasında isə "çox təəssüf ki, necə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq" demişdir.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu da İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı Davudoğlu "Azərbaycana qarşı edilən hücumlar və sonradan baş verən döyüşlərdə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm" dedi. Həmçinin "Türkiyənin Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq müstəvidə tanınan sərhədlər çərçivəsində həll edilməsi üçün hər cür dəstəyi verməyə və haqlı mübarizəsində bütün imkanlarımızla Azərbaycanın yanında olacağıq" deyə bildirib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulamış və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə etmişdir..
  • Flag of Pakistan.svg Pakistan — Pakistan prezidentinin katibi Əhməd Fərrux bildirib ki, "Pakistan həmişə Azərbaycanın yanındadır" və "Azərbaycana qardaş və dost ölkədir".
  • Flag of Georgia.svg Gürcüstan — Gürcüstanın Müdafiə Naziri Tinatin Xadeşeli(ka) Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında sülhlə həll olunacağına ümid etdiyini bildirib.
  • Flag of Kazakhstan.svg Qazaxıstan — Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması və insan itkiləri barədə xəbərlərdən ciddi narahatlıq bildiririk. Tərəfləri təmkinli olmağa və atəşkəs müqaviləsinə əməl etməyə çağırırıq.
  • Flag of Iran.svg İran — Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan(en) ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər. Danışıqlar zamanı, general-mayor H. Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib. General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.
  • Flag of Ukraine.svg Ukrayna — Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
  • Flag of Belarus.svg Belarus — Belarus Xarici İşlər Nazirliyinin aprelin 2–sində yayımladığı bəyanatdında deyilir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

İctimaiyyətdə

Etiraz aksiyaları

Dördgünlük müharibə zamanı Azərbaycanın və dünyanın bir sıra şəhərlərində şəhidlərin xatirəsini, orduya dəstək, Azərbaycan torpağlarının suverenniyini, Ermənistana qarşı protestlərlə, yürüşlərlə və digər tədbirlərlə qeyd ediblər.

  • Flag of Azerbaijan.svg Azərbaycan — 2016-cı il 6 apreldə Bakıda minlərlə gənc cəbhə bölgəsindəki əsgərlərə dəstək məqsədilə küçələrə çıxıblar. Gənclər Şəhidlər xiyabanından fəvvarələr meydanına kimi yürüş ediblər. Orduya dəstək kampaniyaları həm də Azərbaycanın digər şəhərlərində keçirilib.
  • Flag of the United States.svg ABŞ — 2016-cı il 4 apreldə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yaşayan Güney və Quzeydən olan azərbaycanlıların bir qrupu Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiyalar ABŞ-ın Çikaqo və Nyu-York şəhərlərində də keçirilib.
  • Flag of Australia.svg Avstraliya — 2016-cı il 5 apreldə Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər.
  • Flag of Germany.svg Almaniya — 2016-cı il 6 apreldə Almaniyada yaşayan azərbaycanlılar, Berlində Ermənistan prezidenti Serj Sarkisyanla Almaniya kansleri Angela Merkelin baş tutacaq görüşünə etiraz ediblər. Həmin ilin 17 apreldə Almaniyanın Düsseldorf şəhərində azərbaycanlı fəallar aksiya keçirib.
  • Flag of Ukraine.svg Ukrayna — 2016-cı il 6 apreldə Kiyev şəhərində yaşayan və təhsil alan tələbə və azərbaycanlılar orduya dəstək aksiyası keçirib.
  • Flag of Italy.svg İtaliya — 2016-cı il 6 apreldə Roma şəhərində İtaliya Parlamentinin önündə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən son günlərdə təmas xəttində baş verən hadislərlə bağlı aksiya təşkil olunub. Aksiyada müğənni Vaqif Nağıyev də iştirak edib.
  • Flag of Latvia.svg Latviya — 2016-cı il 7 apreldə Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədi ilə aksiya keçiriblər.
  • Flag of Lithuania.svg Litva — 2016-cı il 7 apreldə Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri paytaxt Vilnüsdə və Kaunas şəhərlərinin mərkəzində keçirdikləri “Qarabağ Azərbaycana məxsusdur” şüarı ilə dəstək aksiya keçirilib.
  • Flag of the Netherlands.svg Niderland — 2016-cı il 7 apreldə Ermənistan Respublikasının Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz aksiyası keçirilib. Piket Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub. Ümumilikdə aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.
  • Flag of Denmark.svg Danimarka — 2016-cı il 7 apreldə Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendə baş tutan etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.
  • Flag of Turkey.svg Türkiyə — 2016-cı il 7 apreldə İstanbulun Taksim meydanında Qarabağa dəstək aksiyası keçirilib. 11 apreldə Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Unversitetində təhsil alan azərbaycanlı tələbələr, "Kansa kan, səninləyik, Azərbaycan", "Vətən sənə canım fəda", "Hər şey vətən üçün" və s. şüarları ilə Azərbaycan ordusunun cəbhə xəttindəki əməliyyatlarını dəstəkləyiblər.
  • Flag of Russia.svg Rusiya — 2016-cı il 8 apreldə Dağıstan Respublikasının Dərbənd şəhərində azərbaycanlılar milli orduya dəstək aksiyası keçiriblər. 11 apreldə isə Sankt-Peterburq şəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.
  • Flag of Georgia.svg Gürcüstan — 2016-cı il 8 apreldə Gürcüstanda yaşayan azərbaycanlılar silahlı qüvvələrə dəstək aksiyaları keçirilib. Aksiyalar Tbilisidə və Qori şəhərlərində keçirilib.
  • Flag of Sweden.svg İsveç — 2016-cı il 9 apreldə İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.
  • Flag of France.svg Fransa — 2016-cı il 9 apreldə Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib. Aksiya zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnaksutyun partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib. Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu qaydada davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.
  • Flag of South Korea.svg Cənubi Koreya — 2016-cı il 10 apreldə Seul şəhərinin mərkəzi rayonu olan Youido ərazisində keçirilmiş aksiyada 40-a yaxın azərbaycanlı, türk, malayziya və koreyalı tələbələr iştirak ediblər.
  • Flag of the United Kingdom.svg Böyük Britaniya — 2016-cı il 11 apreldə Londonda yaşayan azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz əlaməti olaraq aksiya keçiriblər. Trafalqar meydanında toplaşan azərbaycanlılar buradan Böyük Britaniya baş naziri Devid Kameronun iqamətgahının qarşısına qədər yürüyüblər. Aksiya iştirakçıları arasında Pakistan və Türkiyə vətəndaşları da olub.
  • Flag of Scotland.svg Şotlandiya — 2016-cı il 9 apreldə Şotlandiyada yaşayan azərbaycanlılar Qlazqo şəhərində Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirib.
  • Flag of Poland.svg Polşa — 2016-cı il 11 apreldə Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində yerləşən Ermənistan Respublikasının səfirliyi önündə aksiya keçirilib.
  • Flag of Belgium (civil).svg Belçika — 2016-cı il 11 apreldə Azərbaycan-Belçika Dostluğu Cəmiyyəti və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Brüsseldə aksiya keçiriblər.
  • Flag of Canada.svg Kanada — 2016-cı il 11 apreldə Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və Erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.
  • Flag of Israel.svg İsrail — 2016-cı il 15 apreldə Netanya şəhərinin Mədəniyyət Mərkəzi qarşısında Azərbaycanın Ermənistana qarşı addımlarını dəstəkləyən nümayiş keçirilib.
  • Flag of the Czech Republic.svg Çexiya — 2016-cı il 16 apreldə Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Praqanın mərkəzində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını tələb edən sülhməramlı aksiya keçirilib.

İdmanda

Futbolda, boksda, voleybolda və digər növ idmanlarda bəzi idmançılar dördgünlük müharibənin şəhidlərini əsgər salamı və sayğı duruşu ilə yad ediblər. Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunu zamanı, Təbrizin "Traktor Sazi" klubu "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, vətən bölünməz", "Təbriz, Bakı, Ankara, biz gedirik Qarabağa" şüarları səsləndirilib, plakatlar qaldırılıb. Habelə, azarkeşlər "Sən yaşa, Azərbaycan" mahnısını xorla oxuyub.

Sosial mediada

Azərbaycan silahlı qüvvələrin videoda "Güplə, getsin" deməsi sosial şəbəkələrə sürətlə yayılmışdır. Azərbaycan tərəfli sosial media istifadəçiləri Facebook, Instagram və Twitter şəbəkələrində əsgərlərə #KarabakhNow, #GüpləGetsin, #Əsgərlərimizləyik, Ermənistan tərəfli sosial media istifadəçiləri isə #KarabakhPeace heşteqlərilə dəstəkləyiblər. Sosial mediada yayılan videoların birində, Ağdərə ətrafında Azərbaycan əsgərlərinin "Bizim Cəbiş müəllim" filmindən meyxana deməsi sosial şəbəkələrə sürətlə yayılmışdır:

2016-cı il 9 apreldə Türkiyə milli futbol komandası və Barselona FK futbolçusu Arda Turan Azərbaycanın Dağlıq Qarabağ üçün başladığı kampaniyaya dəstək verilməsini istəyib. Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşularaq səs verib. Türkiyənin Qalatasaray və Fənərbaxça klubları da da sözügedən kampaniyaya qoşulduğunu rəsmən elan ediblər. Azərbaycanın suverenliyin dəstəkləyən digər tanınmış ictimai şəxslər aşağıda qeyd olunub:

  • Flag of Kazakhstan.svg Qazaxıstan — Talqat Kaliyev
  • Flag of Turkey.svg Türkiyə — Aygün Attar, Əli Çelikkaya, Arda Turan, Demet Akalın, Acun Ilıcalı
  • Flag of Ukraine.svg Ukrayna — Mixail Saakaşvili
  • Flag of the United States.svg ABŞ — Donald Peyn
  • Flag of OIC.svg İslam Əməkdaşlıq Təşkilatı

Azərbaycana qarşı informasiya təxribatı

Dördgünlük müharibə zamanı bəzi Ermənistan, İran və xüsusi ilə Rusiya KİV-ləri Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayıb. 2016-cı il 5 apreldə Rusiyanın LifeNews telekanalının jurnalistləri, Azərbaycan ərazisində akkreditasiya olunmadan işlədiyinə görə ölkədən deportasiya olunub. Həmin gün, Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş ermənilərin mövqeyini dəstəkləyən bəyanatla çıxış edib. Bir müddət əvvəl isə Türkiyədəki Giresun Universitetinin Azərbaycan əsilli rektoru, professor Aygün Attar və türk yumor ustası Əli Çelikkaya Qarabağ haqqındakı təxribatçı açıqlamalarına görə, Dəmirtaşa qarşı iddia qaldırıblar.

Ermənistanı dəstəkləyən tanınmış ictimai şəxslər aşağıda qeyd olunub:

  • Flag of Russia.svg Rusiya — Larisa Dolina, Timur Vaynşteyn
  • Flag of Turkey.svg Türkiyə — Səlahəddin Dəmirtaş
  • Flag of the United States.svg ABŞ — Kim Kardaşyan
Mənbə: https://az.wikipedia.org/wiki/Dördgünlük_müharibə 

comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur