YERLƏR
Uzaq Şərq ölkələrində dini xarakterli tikili, Paqoda

Paqoda, Buddistlərin dini quruluşlarına verilən addır. Paqodalar əksəriyyətlə daşdan, bəzən kərpicdən və çox nadir olaraq da taxtadan hazırlanır. Paqodalar, Çin, Yaponiya və Hind mədəniyyəti sahəsinə girən Cənub-Şərqi Asiyada yayılmışdır.

Bəzən girdə, amma adətən dörd və ya daha çox kənarlı bir təməl üzərində qurulan tikili, daralaraq yüksəlir. Qüllənin ortasında uzun bir sütun vardır. Yerdən başlayıb dama qədər uzanan bu dirək yer üzünün mərkəzini göy üzünə bağlayan tandemi əks edir. Yapon paqodalarında adətən dörd küncündə dörd sütuna rast gəlinir, bu sütunlar isə göyü ayaqda saxlayan dirəkləri simvolizə edir. Bir Paqodanın mərtəbə sayı 5 ilə 13 arasında dəyişir. Qatlar daim bir-birindən fərqli böyüklükdədir. Üzərilərində hər tərəfdən bir saçaq olan bu mərtəbələr, Tanrıların göy qatlarını təmsil edir. Paqodaların din sahəsindəki əhəmiyyəti Buddanın qalıqlarının saxlandığı yerlər olmasından ibarətdir.

Paqodaların əsl mənşəyi Hindlilərin stupa adı verdikləri dini strukturlardır. Stupalar kral məzarlarının və kraldan qalanların güvən içində olduğu müqəddəs yerlərdir. Stupalara Seylonda daqoba adı verilir. XVI. əsrdə Hindistana gedən Portuqaliyalılar burada gördükləri daqobaların adını dəyişik tələffüz etmişlər və paqoda demişlər və bu ad zamanla məşhurluq qazanmışdır.

Paqodalar əslində sadəcə dini məqsədlər üçün istifadə olunmur. Hərbi hissələrin nəzarət qüllələri olaraq da istifadə edilir. Çox vaxt bir şəhərin ya da qəsəbənin simvolu olması üçün tikilmişdir. Çünki hər paqodada Buddaya aid bir qalıq olmur.

Bəzi məşhur Paqodalar

Hanoydakı bir sütunlu paqoda


Yaponiyanın Nara şəhəri yaxınlığındakı Yakusi-dzi paqodası

Yaponiyanın Kioto şəhərindəki Kiyomidzu-dera məbədindəki paqoda

Çinin Syan şəhərindəki vəhşi qazların böyük poqodası


Çinin Syan şəhərindəki vəhşi qazların kiçik paqodası


Pekindəki Vansun paqodası


Londondakı böyük paqoda - şinuazri abidəsi


Pekindəki ağ paqoda


Liszyan çayı sahilindəki çin paqodası




comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur