TARİX
Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə

Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdür. Hətta döymə üçün vücud sənətlərindən biridir desək yanılmış olmarıq.

Bəs döymə nədir ? Necə ortaya çıxdı ? İlk dəfə kim etmişdir ? Bu və bənzər sualların cavabını yazımızda tapmağa çalışacağıq.

Döymə: İnsan dərisi üzərinə çəkilmiş işarələr və naxışların ümumi adıdır.

Döymə ilk zamanlardan şəxsiyyəti müəyyənləşdirmək üçün istifadə olunurmuş.


Oxuma yazma bilməyən Amerika yerliləri və ya digər adları ilə Qədim Hindular, kimliklərini təsdiq edən sənəd əvəzinə bədənlərinə çəkdikləri müxtəlif naxışlarla kimliklərini göstərən sənəd rolunu oynayırdı.

Döymə alətinin kəşf edilməsi döymə sənəti tarixində inqilıab hesab olunur.


Ənənəvi üsullarla edilən döymələrin çəkilməsi adətən çox vaxt aparırdı. Döymə tapançanın kəşf olunması, insanların vaxtlarına daha çox qənaət etməsini təmin etdi. Bundan başqa, döymə tapançanın bugünkü halına gəlməsində Tomas Edisonun tapdığı elektrikli qələmin çox böyük bir payı vardır. Elektrikli qələm zamanla inkişaf edərək döymə tapançası halını almışdır.

Keçmiş illərdə, Amerika cəmiyyətində yüksək sinif mənsub insanlar döydürdükləri döymə ilə o sinifə aid olduğunu bəlli etdirədilər.


1862-ci ildə, Uels Şahzadəsinin Qüds səfəri zamanı döydürdüyü döyməni görən ətrafındakı Avropalılar, ondan ilhalanmışlar və onlar da döymə döydürməyə başlayıblar. Daha sonra ali təbəqəyə aid insanlar arasında genişlənən döymə vurdurmaq prosesi, zamanla Amerika cəmiyyətində də özünə yer edib.

Qədimdə əsgərlər bədənlərinə yarı çılpaq qadın döymələri döydürərmişlər.


Xüsusilə müharibə zamanlarında qadınlardan uzaq qalan əsgərlər, onlara olan həsrətlərini bir az da olsa azaltmaq üçün belə bir şey edirlər.

Məşhur Amerikan geyim mağazası Macy`sin loqosu bir döymədən alınmam imiş.


Bildiyiniz kimi; Macy`s geyim mağazasına aid olan loqo, qırmızı ulduz şəklindədir. Məhz bu loqo, ilk dəfə 1837-ci ildə, balina ovu edən bir gəminin içində yerləşən kiçik bir uşaqda görülmüşdür. Uşağın əlində olan bu döymənin Amerika bayrağını və külək gülünü əks etdirdiyi güman edilir.

Döymə keçmiş illərdə kimin kölə olduğunu müəyyənləşdirmək üçün də istifadə edilmişdir.


Olive Oatman belə döyümə vurulmuş ən məşhur insan hesab olunur. Hindular tərəfindən qul kimi saxlanılan bu qadının çənəsinə kölə olduğunu müəyyən edən bir döymə vurulub.

Fotoda gördüyünüz qadın, peşəkar olaraq döymə vurulan ilk şəxsdir.


Döymənin yavaş-yavaş genişlənməyə başladığı vaxtlarda dənizçilərin döyməli bədənləri insanlar tərəfindən olduqca maraq görürdü. Bunun üzərinə döymə bir iş növü halına gəlməyə başladı. Fotoda gördüyünüz qadının döymələri də peşəkar iş nəticəsində vurulan ilk döymələrdir.

Növbəti məlumat olduqca təəccüblüdür: 1961 ilə 1997 illəri arasında Amerikada döymə etdirmək qadağan olunub.


Qeyd olunan illər arasında çox məşhur olan Gepatit B virusunun daha çox yayılmasını qarşısını almaq üçün belə bir qərar alınmışdı.

Keçmiş ABŞ prezidenti Teodor Ruzvelt, döymə etdirdiyi qəti olaraq bilinən tək ABŞ prezidentidir.


Bunun xaricində Andrew Jackson və Franklin D. Ruzvelt haqqında da döymələri olduğuna dair müxtəlif söz-söhbətlər var amma heç biri tam mənasıyla sübut edilməmiş məlumatlar.

Son olaraq; ilk döymə etdirən qadınlar üçün döymənin ayrı bir mənası varmış.


1900-cü illərin ortasına doğru ilk dəfə döymə etdirdikləri düşünülən qadınlar üçün döymənin belə bir mənası varmış: Müstəqillik və güc.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur