YAŞAM
Nikola Tesladan sağlam həyat üçün məsləhətlər

Nikola Tesla digər elm insanlarının əksinə, insanlıq tarixindəki ən yaradıcı və məhsuldar beyinə malik adamlardan biri idi. İrəliləyən yaşına baxmayaraq, üzərində çalışdığı yaradıcılıq tələb edən layihələrdə fəal və konsentrasiya davranışlar nümayiş etdirib. Bəs Tesla uğurunu və zəkasını necə qorudu? 1933-ci ildə, 77 yaşında ikən verdiyi bir müsahibədə, Tesla həyatı haqqında məlumatları vermişdir. 


Tesla, həyata yaxşı bir başlanğıc etməyin vacibliyinə inanır və gənc olarkən belə sağlam bir həyat üçün lazım olan vərdişləri davam etdirməyin zəruri olduğunu müdafiə edir. 

"Sonrakı yaşlarda sahib olduğumuz bədən və zehin sağlamlığı, yalnız gənclərimizi necə keçirdiyimizə bağlıdır" ifadəsini istifadə edən Tesla, öz möhkəmlik və canını da gənc olarkən ərdəmli bir həyat keçirmiş olmasına bağlayır. 

Teslanın ərdəmli duruşu, özünün istək və arzularını nəzarət altına ala bilməsindən qaynaqlanır və bu istiqamətdə xəyallarını reallaşdırmaq məqsədilə ölənə qədər işləməyə davam etmişdir.Tesla həyatı boyu istəklərinə çatmaq üçün, həyatını qaydaya salmış və görmək istədiklərini planlı bir şəkildə görmüşdür. 

Tesla, həyat fəlsəfəsini bir neçə cümlə ilə yekunlaşdırır: "Heç istirahət etmək, işlərimə ara vermək istəmədim, əgər insanlar xarakterlərinə uyğun bir iş (həyat) seçsələr, xoşbəxtlikləri avtomatik və ölçüyəgəlməz dərəcədə artır". 

Tesla yemə vərdişləri üçün, "Həddindən artıq və səhv yeyəcək, içəcək tükədirik. Gərəyindən çox yemək, bədəndə toksik maddələrin yığımasına səbəb olur və bunların bədəndən kənarlaşdırılması mümkün olmur "deyir. 

Teslanın qidalanma rejimi necədi? 

Tesla, mədə sağlamlığını qorumaq üçün bol miqdarda su və süd sərf edərdi. 

Tesla qidalanma tərzi haqqında "Bizə xidmət edən bədənimizə niyə olacağından çox yükləyirik? Mən gündə 2 dəfə yeyirəm və turşulu ərzaqlardan çəkinirəm. Demək olar ki, hər kəs, noxud, lobya kimi turşu tərkibli qidalar tükədərkən, mən ölçülü bir şəkildə, təzə tərəvəz, balıq və ət yeyirəm. Balıq, beyin sağlamlığı üçün ən yaxşı qidalardan biri kimi qəbul edilir, ancaq tərkibindəki çox miqdarda fosfora görə qüvvətli turşu reaksiyalarına səbəb olur. Turşu isə, qocalıq ilə mübarizə baxımından bu ana qədərki ən pis düşməndir". Deyir. 

Tesla çox nadir ət yediyini 1935-ci ildə verdiyi müxtəlif müsahibələrdə bildirmişdir. "Bütün xəbərdaredici maddələrdən uzaq dururam, əslində ətdən də uzaq dururam. Məncə; Əsr ərzində, qəhvə, çay və tütün artıq dəb olmaqdan çıxacaq. 

Teslanın olduqca çox kartof yediyi də məlumdur. Kartof üçün; "Kartof mükəmməl bir tərəvəzdir və gündə ən az bir dəfə yeyilməlidir. Tərkibində qiymətli mineral duzları var" demişdir.

Tesla, məşq etməyin əhəmiyyətini də vurğulamışdır. Hər gün 8 yada 10 mil yeridiyini və zamanı olduğu müddətcə hər hansı bir vasitə istifadə etmək yerinə, gəzməyi üstün tutduğunu söyləmişdir. Həmçinin gündəlik olaraq əvvəlcə ilıq duş almaq, sonra isə daha uzun müddət soyuq duş almağın vacibliyini də vurğulayır.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur