YAŞAM
Açıq dənizdə qəzaya uğrayanlar ərzaqsız necə yaşayır?

Qəza nəticəsində batan gəmilərdən xilas olub canlarını bir sala (Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi) və ya qayığa atanlar üçün quruya çıxma ümidi daima olmaya bilər.

Xüsusən okeanlarda belə bir vəziyyət ilə qarşılaşdığınız təqdirdə xilas olmaq şansınız az qala yoxa bərabərdir 

Bu kimi hallarda adamların ən böyük düşməni dəniz və köpək balıqları deyil; Aclıq, susuzluq və soyuqdur. 

Bəzi elm adamları bu sualın cavabını tapmaq üçün müxtəlif araşdırmalar aparmağa çalışıb. Bu adlardan ən məşhuru isə Fransız həkim A. Bombard`dır. 

Həkim Bombard yanına heç bir yemək və şirin su almadan rezin bir sal ilə dənizə açılmış və Atlantik okeanı keçə bilmişdir. Dənizdə keçirdiyi aylar ərzində gah yağış suyu toplayaraq, gah da tutduğu balıqları əzib suyunu çıxararaq, gah planktonları (Plankton - ən kiçik dəniz canlısı) sıxaraq susuzluğunu yatırtmış, dəniz canlıları ilə qarnını doyuzdurmuşdur. 

Dr. Bombard bir insanın aylarla bu şəkildə dənizdə qalaraq sağ qala biləcəyini sübut etmişdir. Amma Fransaya qayıtdıqdan sonra, düzgün qidalanmama səbəbindən sümüklərində bəzi nasazlıqlar meydana gəlmişdir; Bu səbəblə aylarla yataq xəstəsi olmuşdur. 

Dr. Bombardın bu təşəbbüsündən sonra digər tədqiqatçılar da bu məsələni araşdırmağa başlayıb. 

Dr. Bombard hesabsız bir şəkildə su içmişdi. Bədəndəki su nisbətini normal səviyyədə saxlamaq üçün içiləcək su nə qədər olacaqdı? Fransız donanmasından Dr Aury bu sualı cavablandırmağa qərar vermiş və ilk təcrübəsini 1953 Noyabrında həyata keçirmişdi. 

Bir neçə dənizçi dənizdə üç gün qalmışdı. Daha sonra dörd gün də Dakar sahillərində keçirmişdi.

Bu tədqiqlər əsnasında Dr. Aury hər bir dənizçiyə bərabər miqdarda yemək və su vermiş və hamısının ayrı-ayrı təzyiqlərini, bədənlərinin hərarətini, nəbzlərinin döyüntülərini ölçmüş, bir həkim gözü ilə digər reaksiyaları tədqiq etmişdi. Bu tədqiq nəticəsində Dr Aury, adamların ilk günlərdə 100 ml su ilə sağlamlıqlarını qoruya biləcəkləri qənaətinə gəldi. 

Bu miqdar az-az 50 ml kimi bir nisbətə endirilə bilər. Dr Aury`a görə bir kimsə qəzaya uğradığı ilk andan etibarən dəniz suyu içməyə başlayaraq böyrəklərində çox duzu süzməyə vərdiş etdirməlidir. 

Qəzaya uğramış adamlar üçün bu ilk təlim sanki bir felaketdir. Çünkü dəniz suyu və çiy çiy yeyilən balıqlar mədəni dözülməz dərəcədə bulandırır və yediklərinin geri qayıtmasına səbəb olur. Amma qəza keçirən insanlar buna yavaş-yavaş alışırlar.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur