ART
World Press Photo-nun 2017 qalibləri

13 fevral 2017-ci ildə elan olunan World Press Photo-nun müxtəlif kateqoriyalar üzrə qalibləri elan olundu. Marifia.com İşıqla çəkirəmə istinadən tam siyahını sizə təqdim edir.

World Press Photo-da "İlin fotosu"


22 yaşlı polis əməkdaşı Mevlut Mert Altıntaş rəsm sərgisində iştirak edən Rusiyanın Türkiyədəki rəsmi səfiri Andrey Karlovu qətlə yetirib.

Ankara, Türkiyə. 19 dekabr 2016

© Burhan Özbilici


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark III

Çəkim sürəti: 1/256 saniyə

Fokus məsafəsi: 58.0 mm

Diafraqma: f/5.0

ISO: 1600


“Müasir məsələlər” kateqoriyasında 1-ci yer


Polis zorakılığına qarşı etiraz edən tək aktivist Yeşia Evans qollarını uzadaraq polisə təslim olur.

Luiziana, ABŞ. 9 iyul 2016

© Jonathan Bachman


Texniki göstəriciləri:

Kamera: Canon EOS-1DX

Çəkim sürəti: 1/1600 saniyə

Fokus məsafəsi: 16.0 mm

Diafraqma: f/5.0

ISO: 2000


“Müasir məsələlər” kateqoriyasında 2-ci yer


Makedoniya ərazisinə keçməyə çalışan qaçqınlar arasında bir qadının çayı keçməsinə yardım edən iki kişi.

İdomeni, Yunanıstan. 14 mart 2016

© Vadim Ghirda


“Müasir məsələlər” kateqoriyasında 3-cü yer


Saxlama məntəqəsində ağlayan iki nigeriyalı qaçqın

Surnam, Liviya. 17 avqust 2016

© Daniel Etter


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark III

Çəkim sürəti: 1/125 saniyə

Fokus məsafəsi: 45.0 mm

Diafraqma: f/5.0

ISO: 2500


“Gündəlik həyat” kateqoriyasında 1-ci yer


Nəcibə bombardman zamanı yaralanmış 2 yaşlı bacısı oğlunu qucağında saxlayır

Kabul, Əfqanıstan. 29 mart 2016

© Paula Bronstein


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark III

Çəkim sürəti: 1/125 saniyə

Fokus məsafəsi: 24.0 mm

Diafraqma: f/9.0

ISO: 200


"Gündəlik həyat" kateqoriyasında 2-ci yer


Gimnastika məktəbinin 4 şagirdi 30 dəqiqəlik ayaq ucları üzərində dayanmağı məşq edirlər.

Ksuju, Çin/ 15 iyul 2016

© Tiejun Wang


Texniki göstəriciləri:

Kamera: Nikon D4S

Çəkim sürəti: 1/80 saniyə

Fokus məsafəsi: 35.0 mm

Diafraqma: f/6.3

ISO: 1600


"Gündəlik həyat" kateqoriyasında 3-cü yer


Uyğur qadın pulunu uzunboğaz corabında saxlayır. Uyğur qadınlar digər müsəlmanlardan fərqli olaraq konservativ geyinmirlər. Qaşqardan yola çıxan bu qatarda Çinin az tanınan tərəflərini görə bilərsiz. Sərnişinlərin böyük əksəriyyəti uyğurdur, qərbdə az sayda çinli yaşayır.

Qaşqar, Çin. 3 iyun 2016

© Matthieu Paley


Texniki göstəriciləri:

Çəkim sürəti: 1/120 saniyə

Fokus məsafəsi: 15.1 mm

Diafraqma: f/4.3

ISO: 1600


"Ümumi xəbər" kateqoriyasında 1-ci yer


İraq Xüsusi Əməliyyat Qoşunları Mosulun məhəllə və evlərində Daeş qruplaşmasının üzvlərini və onlara məxsus silah-sursat axtarışına çıxıblar.

Mosul, İraq. 2 noyabr 2016

© Laurent Van der Stockt


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark II

Çəkim sürəti: 1/400 saniyə

Fokus məsafəsi: 84.0 mm

Diafraqma: f/9.0

ISO: 400


"Ümumi xəbər" kateqoriyasında 2-ci yer


Anasının Liviyada öldüyünü deyən Nigeriyadan olan 11 yaşlı qız (solda) və yanında ağlayan 10 yaşlı qardaşı QHT xilas qayığındadırlar. Uşaqlar digər qaçqınlarla birlikdə xilas qayıqlarında bir neçə saat dənizdə olublar.

Aralıq dənizi, 28 iyul 2016

© Santi Palacios


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark III

Çəkim sürəti: 1/320 saniyə

Fokus məsafəsi: 38.0 mm

Diafraqma: f/8.0

ISO: 250


"Ümumi xəbər" kateqoriyasında 3-cü yer


Dustaqlar Kvezon həbsxanasının pilləkənləri üzərində yatırlar. Polisin cinayətlərə qarşı görülməmiş mübarizə aparması səbəbilə məhbusların həyat şəraitləri getdikcə çətinləşib.

Manila, Filippin. 21 iyul 2016

© Noel Celis


"Təbiət" kateqoriyasında 1-ci yer


Dəniz tısbağası balıq ovu üçün atılmış tora ilişib.

Kanar adaları, İspaniya. 8 iyun 2016

© Francis Pérez


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark III

Çəkim sürəti: 1/125 saniyə

Fokus məsafəsi: 15.0 mm

Diafraqma: f/9.0

ISO: 200


"Təbiət" kateqoriyasında 2-ci yer


Vəhşi leopard Sancay Qandi Milli Parkı ərazisində gəzişir. İnsan məskənlərinin yaxın olduğu ərazilərdə qida axtarışındadır.

Mumbay, Hindistan. 24 sentyabr 2016

© Nayan Khanolkar


Texniki göstəriciləri:

Kamera: Nikon D300

Çəkim sürəti: 1/50 saniyə

Fokus məsafəsi: 22.0 mm

Diafraqma: f/7.1

ISO: 400


"Təbiət" kateqoriyasında 3-cü yer


Soyuq hava nəticəsində ölmüş monarx kəpənəkləri El Rosario Kəpənək Sığınacağındakı meşədə qar örtüyünün üzərindədirlər.

Miçoakan, Meksika. 12 mart 2016

© Jaime Rojo


Texniki göstəriciləri:

Kamera: Nikon D4

Çəkim sürəti: 1/80 saniyə

Fokus məsafəsi: 50.0 mm

Diafraqma: f/6.3

ISO: 1250


"İnsanlar" kateqoriyasında 1-ci yer


5 yaşlı Məha və ailəsi 7 gün əvvəl Havicə kəndindən qaçıb qurtulublar. Anasının dediyinə görə İslam Dövləti adlanan qorxu və ərzaq çatışmazlığı onları evlərini tərk etməyə məcbur edib. Məha Debaqadakı qaçqın düşərgəsinin basabas olan tranzit mərkəzində çirkli matrasın üzərində uzanıb. "Mən həç nə xəyal etmirəm və artıq heç nədən də qorxmuram" - Məha anası onun saçını sığallayarkən deyib.

Ərbil, İraq. 18 sentyabr 2016

© Magnus Wennman


Texniki göstəriciləri:

Kamera: Canon EOS 5D Mark III

Çəkim sürəti: 1/400 saniyə

Fokus məsafəsi: 45.0 mm

Diafraqma: f/2.8

ISO: 160


"İnsanlar" kateqoriyasında 2-ci yer


Hellen (41 yaş) əqli problemlərilə yaşayır. Onun xəstəliyi zaman-zaman irəliləyib.

İnkişafda olan ölkələrdə əqli problemli insanların 80%-i müalicəni qəbul etmirlər. Afrika ölkələrində müalicə üsulu keşiş duaları və ya ənənəvi şəfaçılardan gəlir. Müasir dərmanlar çox az əlçatandır. Əqli problem həmçinin cəmiyyətdən kənara sürgün deməkdir.

Cuba, Sudan. 2 aprel 2016

© Robin Hammond


Texniki göstəriciləri:

Kamera: Pentax 645Z

Çəkim sürəti: 1/80 saniyə

Fokus məsafəsi: 55.0 mm

Diafraqma: f/2.8

ISO: 400


"İnsanlar" kateqoriyasında 3-cü yer


Polis idarəsində Fidel Kastronun portreti altındakı divanda dincələrək qızın başını sığallayan qadın.

Kamagüey, Kuba. 2 dekabr 2016

© Kristina Kormilitsyna


Texniki göstəriciləri:

Kamera: Nikon D4S

Çəkim sürəti: 1/80 saniyə

Fokus məsafəsi: 24.0 mm

Diafraqma: f/6.3

ISO: 1000


"İdman" kateqoriyasında 1-ci yer


Cokey Nina Karberri at yarışları zamanı özünün Ser De Şam adlı atından yıxılır.

Liverpul, İngiltərə. 9 aprel 2016

© Tom Jenkins


Texniki göstəriciləri:

Kamera: Canon EOS-1D X

Çəkim sürəti: 1/5312 saniyə

Fokus məsafəsi: 70.0 mm

Diafraqma: f/4.0

ISO: 2000


"İdman" kateqoriyasında 2-ci yer


Avstraliya Açıq Turnirində fransız tennisçi Gael Monfils rus tennisçi Andrey Kuznetsova qarşı oyununda xal itirməmək üçün topun arxasınca sanki suya tullanır.

Melburn, Avstraliya. 25 yanvar 2016

© Cameron Spencer


Texniki göstəriciləri:

Kamera: Canon EOS-1D X

Çəkim sürəti: 1/1600 saniyə

Fokus məsafəsi: 400.0 mm

Diafraqma: f/4.5

ISO: 100


"İdman" kateqoriyasında 3-cü yer


Rio Olimpiyadası zamanı 100 metr qaçış yarışının yarım final mərhələsində finiş xəttinə yaxınlaşanda yamaykalı atlet Useyn Bolt rəqiblərinə baxaraq gülür.

Rio de Janeyro, Braziliya. 14 avqust 2016

© Kai Oliver Pfaffenbach


Texniki göstəriciləri:

Kamera: Canon EOS-1D X Mark II

Çəkim sürəti: 1/49 saniyə

Fokus məsafəsi: 200.0 mm

Diafraqma: f/4.0

ISO: 100


"Qaynar xəbər" kateqoriyasında 1-ci yer


Hüquqşünaslar bombardman hücumundan sonra yaralanan kolleqalarına kömək etməyə çalışırlar.

Sivil hospitalda Bilal Ənvər Kasini görməyə gələn hüquqşünas və jurnalistlərin çox olduğu vaxtda partladılan bomba nəticəsində 70 nəfər öldürülmüşdü.

Kuetta, Pakistan. 8 avqust 2016

© Jamal Taraqai


Texniki göstəriciləri:

Kamera: Canon EOS 700D

Çəkim sürəti: 1/512 saniyə

Fokus məsafəsi: 18.0 mm

Diafraqma: f/13.0

ISO: 800


"Qaynar xəbər" kateqoriyasında 2-ci yer


Hospitalda yaralı uşağın yanında ağlayan suriyalı qız. O, Dəməşqin şərqində üsyançıların idarə etdiyi Duma şəhərinə edilən hava hücumu nəticəsində yaralanıb.

Duma, Suriya. 12 sentyabr 2016

© Abd Doumany


"Qaynar xəbər" kateqoriyasında 3-cü yer


Maşın bomba İraq xüsusi qoşunlarının hərbi maşınları yaxınlığında İŞİD-in idarə etdiyi ərazilərdə partladılır.

Mosul, İraq. 16 noyabr 2016

© Felipe Dana


Texniki göstəriciləri:

Kamera: Canon EOS-1D X Mark II

Çəkim sürəti: 1/2500 saniyə

Fokus məsafəsi: 35.0 mm

Diafraqma: f/1.8

ISO: 100


Mənbə: İşıqla Çəkirəm

comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur