XƏBƏRLƏR
Aprel şəhidi Mirzəyevin ad günüdür - FOTO

Bu gün 17 Fevral, aprel döyüşlərində şəhid olan əsgər Mahir Mirzəyevin doğum günüdür.

Marifia.com azvision.az-a istinadən xəbər verir ki, Mahir Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vuran Mirzəyev Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və sənaye" fakültəsinə daxil olub. 2015-ci ildə İqtisad Universitetini müvəffəqiyyətlə bitirib, Qafqaz Universitetinin magistr şöbəsinə daxil olub. Bundan sonra hərbi xidmətə yola düşüb. 

Mahir Mirzəyev aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Şəhid əsgər aprelin 9-da Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur