XƏBƏRLƏR
Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edildi

Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında icitimaiyyəti daha geniş məlumatlandırmaq məqsədilə Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib.

Marifia Trend-ə istinadən bildirir ki, təqdim olunan heşteqlərin hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün Oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib heşteqlerin yerləşdirilməsi kifayətdir.

Belə ki, ən maraqlı şəkillər seçilərək Bakı-2017 Oyunlarının "Facebook" səhifəsində (@Baku2017) paylaşılacaq.

Heşteqlerin daşıdığı mənalara gəldikdə:

#Baku2017 - Bakı-2017 Oyunlarına dair hər bir şəkilə və ya videoya şamil edilə bilər

#TeamSolidarity - heşteqi Bakı-2017 Oyunlarının könüllülərinə şamil olunur

#BakuMascots - heşteqi Bakı-2017 maskotları olan Qarabağ atları İncə və Cəsur üçün nəzərdə tutulur

#Baku2017Tickets - Bakı-2017 Oyunları biletlərinə şamil olunur

#DiscoverBaku - heşteqi gözəl Bakını kəşf edən hər kəsə şamil olunur

#MyBaku2017 - Bakı-2017 Oyunlarının ən interaktiv heşteqidir. Ən maraqlı paylaşım etmiş istifadəçinin bölüşdüyü şəkil və ya video Bakı-2017 Oyunlarının "Facebook" səhifəsində müəllif qeyd olunmaqla yerləşdiriləcək.



comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur