YAŞAM
Yaşamaq istədiyniz yerə apara biləcəyiniz ev: Coodo

Dünyada arzu etdiyiniz hər hansı bir yerdə rahat, ürəyiniz istədiyi kimi yaşamaq istərdiniz ? Yeni texnologiya ilə istehsal olunan Coodo, daşına bilmə imkanı və mükəmməl quruluşu ilə sizi bu istəyinizə bir addım daha yaxınlaşdırır. 

Almaniyada istehsal olunan Coodo, mobil müvəqqəti ev olaraq satışa təqdim olunur. Asanlıqla qurulan və ətraf mühit dostu olan Coodonun bir çox fərqli modelləri də mövcuddur. 36 kvadrat metrdən 96-ya qədər dəyişən fərqli modellərlə yanaşı, maksimum bir neçə saata qurula bilməsi ilə diqqət çəkir.

Coodo eyni zamanda müştərilərin istəyinə görə formalaşdırılır və yığcam otaq sistemlərilə bir çox fərqli dizaynı özündə birləşdirir. 

Eyni zamanda ev sahibinin gəzmə azadlığını da ön planda tutan istehsalçı firma, Coodonun ətraf mühitə təsirini də minimuma endirərək, hər şəraitə dözümlü bir tikili inşa etmək istəmişdir. Şirkətin internet saytında yer alan məlumatlara görə Coodo, ətraf dostu, ekologiyaya uyğun və əksəriyyətlə təbii materialdan istehsal edilmişdir. Bu səbəbdən müvəqqəti ev, mansardlardan sahillərə qədər hər yerə qurula bilər.

Bundan əlavə evin içərisində son texnologiyadan da istifadə edilib. Hava təmizləmə sistemi, çirkli havanın daim təmizləndiyi otaqlarda, bütün elektron cihazlara ağıllı telefonlardan nəzarət etmək mümkündür. Həmçinin Coodo hər yerdən qoşula biləcəyiniz bir internet şəbəkəsinə malikdir.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur