ART
Dünya Tarixinin Ən Böyük Dahilərindən Leonardo da Vinçinin İtmiş Əsəri Tapıldı!

İntibah dövrünün dünya tarixində dərin iz qoymuş rəssamı, filosofu, astronomu, mühəndisi, musiqiçisi, heykəltəraşı və yazıçısı olan Leonardo da Vinçi, elmin və incəsənətin hər sahəsində əsərlər yaradıb, mədəniyyətin inkişafına böyük töhfə verib. Ötən Bazar Ertəsi günü Fransada ortaya çıxan və Da Vinçiyə aid olduğu düşünülən bir rəsm əsəri isə sənətsevərlər arasında şok effekti yaratdı.

Hər şey, bir Fransız həkimin əlindəki əsəri Parisdəki bir hərrac evinə aparması ilə başladı.


Tajan adlı auksion evində əsərləri görən işçilər, bu əsərin da Vinci Codex Atlanticus adlı kitabında bildirdiyi Müqəssəs Sebastyanın səkkiz rəsmindən biri olduğunu bildiriblər.

Əsərə 15 miyon € qiymət qoyulub.


Əsəsr eyni zamanda son 15 ildə ortaya çıxarılan ilk da Vinçi rəsmi olma xüsusiyyəti daşıyır. Auksion evində çalışan qədim rəsm mütəxəssisi Thaddee Prate, keçdiyimiz Mart ayında hərrac evinə əlindəki 15 fərqli rəsmlə gələn bir həkimin, rəsmlər arasından 19-12 santimetr ölçülərində bu rəsmi göstərdiyini və rəsmin orijinallığının o gündən bu yana araşdırıldığını bildirib.

Mürəkkəblə çəkilmiş bu rəsm, Müqəddəs Sebastyanı ağaca bağlanmış halda təsvir edir.



Aparılan araşdırmalar əsərin orijinallığını təsdiq etdiyini və əsərin 1482-ci il ətrafında çəkildiyini bildirən Prate, əsəri ötən həftə internetdə paylaşıb.

Prate, əsərin bu prosesdə başqaları tərəfindən də təhlil olunduğunu bildirir.


Qədim rəsmlərin müəyyən edilməsi mövzusunda mütəxəssis olan Patrik de Bayser, əsəri araşdırdıqdan sonra rəssamın eynilə da Vinçi kimi sağ və sol əlini birlikdə istifadə etdiyini müəyyən edib. Daha sonra Nyu-york Metropoliten Muzeyinə göndərilmiş rəsm, qədim İtalyan və İspan rəsmləri mütəxəssisi olan Carmen C. Bambach tərəfindən araşdırılıb və Bambachın dili ilə desək, əsəri ilk gördüyü anda, az qalsın gözləri hədəqəsindən çıxsın.

Kağızın arxa üzündə isə da Vinçinin iki elmi qeydi yer alır.


Bu iki rəsmdə da Vinçi, işıq və kölgənin qarşılıqlı təsirini və bir şam işığının yaratdığı kölgələri kağıza köçürüb. Bambach, Müqəddəs Sebastyanı təsvir edən bu rəsmin, da Vinçiyə aid dördüncü Müqəddəs Sebastyan təsviri olduğunu və ikisinin Almaniyanın Hamburq şəhərində, birinin isə Fransanın Bayonne şəhərində nümayiş etdirildiyini qeyd edir.

Bambacha görə əsərlər 1482-1485 illəri arasında çəlilib.


Bu illər, da Vinçinin Milanda keçirdiyi dövrün əvvəllərinə təsadüf edir. Bu dövr, rəssamın bu gün Luvr muzeyində nümayiş etdirilən " Virgin of the Rocks" əsərinin ilk nümunəsini çəkdiyi tarixlərə təsadüf edir.

Rəsmlərin nə vaxt satışa təqdim olunacağı isə hələ məlum deyil.


Da Vinçinin 1994-cü ildə satışa təqdim olunan və 300 müxtəlif rəsm və elmi yazılarının qeyd olunduğu "Codex Leicester" adlı qeyd dəftəri, Bill Gates tərəfindən 30.8 milyon dollara satın alınmışdı. 2013-cü ildə isə Rus milyarder Dmitri Rybolovlev, rəssamın  Dünyanın xilskarı (isp. Salvator Mundi) adlı əsərini 127.5 milyon dollar qarşılığında kolleksiyasına əlavə etmişdi. Bu rəsmin hansı milyarderin evində yerini alacağını isə maraqla gözləyirik.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur