ART
Frida Kalonun gözlərdən uzaq əsəri 60 ildən sonra tapılıb

Meksikalı rəssam Frida Kalo de Rivyern'ın 60 ildir gözlərdən uzaq düşmüş əsəri önümüzdəki həftə New Yorkda hərraca çıxacaq.

1929-ci ildə çəkilən Boyunbağılı Qız rəsmi Kalonun əri tərəfindən, məşhur rəssama ölümündən əvvəl köməkçilik etmiş bir qadına hədiyyə edilmişdi. Rəsmin varlığı, Kaliforniyada yaşayan və bu gün 90 yaşında olan qadının, 60 il ərzində yataq otağında saxladığı rəsmi bu il Sothebys hərrac evinə verməsi ilə məlum olub. 

22 Noyabrda baş tutacaq hərracda əsərin 2 milyon dollara satılması gözlənilir.

Sothebys Latın Amerikası sənəti cavabdehi Axel Stein, əsəsrin çox yaxşı qorunduğunu söyləyib:

Əsər yeni kimi görsənir. Evin qaranlıq bir qismində saxlandığı üçün əsərin rənglərinin çox canlı olduğunu qeyd edib.

Stein, kətan üzərində yağlıboya ilə çəkilən əsərin yaxınlıq və istilik hissi yaratdığını deyib.

Rəsmdə yəqin ki, Frida Kalonun özü olan bir qız uşağının portreti yer alır.

Sənət mütəxəssisləri əsərin varlığını, Frida Kalonun bir dostunun çəkdiyi foto sayəsində bilirdilər.Kalonun əsərlərinin görsəndiyi ağ-qara fotoşəkildəki Boyunbağılı Qızın harada olduğunu kimsə bilmirdi.

Şəklin sahibi Sothebyse, Khlonun həyat yoldaşı Deigo Riveranın portreti 1955-də ona hədiyyə etdiyini söylədi.

Kalonun ağacların arasında iki çılpaq qadını təsvir etdiyi bir rəsmi bu il Nyu-yorkda 8 milyon dollara satılmışdı, Kalonun ən bahalı rəsmi ünvanını ələ keçirmişdi.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur