ART
Munchun Körpüdəki Qızları 54,2 Milyon Dollara Satıldı

Sothebys Auksion Evi, Munchun 1902-də tamamladığı əsərin adının açıqlanmasını istəməyən bir kolleksiyaçı tərəfindən satın alındığını açıqlayıb. 


Edvard Munchun 101x102,5 santimetr ölçüsü tablosu, bir kənddəki körpü üzərində toplanmış gənc qızları təsvir edir. Əsərə 50 milyon dollar qiymət qoyulmuşdu. 

ABŞ-a 1960-cı illərdə kolleksiyaçı Norton Simon tərəfindən gətirilən əsər, 1996-da 7,7 milyon dollara, 2008-də də 30,8 milyon dollara satılmışdı 


Munchun "Fəryad" adlı tablosu 2012-də 120 milyon dollara alıcı tapmışdı. İncəsənət tarixinin ən gözəl əsərlərindən biri kimi qəbul edilən "Fəryad", o zamana kimi hərracda ən yüksək qiymətə satılan tablo olmuşdu. Ən bahalı əsər, 2015-də Pablo Pikassonun 179,4 milyon dollara alıcı tapan "Les Femmes d'Alger (Əlcəzairli Qadınlar)" tablosu olmuşdu. 

Ümumi satış 157 milyon dolları keçib 


Sothebys Hərrac Evinin Nyu-yorkda keçirdiyi "İmpressionizm və Müasir İncəsənət" başlıqlı hərracda ümumilikdə 157,5 milyon dollarlıq satış həyata keçirilib. 

Pikassonun 1963-də tamamladığı "Painter and His Model" adlı tablosu 12,9 milyon dollara alıcı taparkən 1951-ci il tarixli bürünc büstü 8,4 milyon dollara və "Le Verre" adlı əsəri də 2 milyon dollara satılıb.

Auguste Rodinin "Düşünən Adam" adlı əsəri 1,7 milyon dollara alıcı tapdı.


Hərracda Fransız heykəltəraş Auguste Rodinin "Düşünən Adam" adlı əsəri 1,7 milyon dollara, Fransız rəssam Maurice de Vlaminck'in "Le Verger (Bağça)" adlı tablosu 7,5 milyon dollara, Rus əsilli Fransız rəssam Mark Chagallın "Ailə" adlı tablosu 4,4 milyon dollara alıcı tapdı.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur