YERLƏR
Coser ehramı


Coser ehramı — pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. Eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilmişdir.

Coser ehram kompleksi ilk dəfə 1821-ci ildə Prussiya baş konsulu Haynrix Menu Frayher fon Minutoli və italyan mühəndisi Cirolanio Seqato tərəfindən tədqiq edilmişdir. Bu zaman ehram kompleksinin giriş hissəsi aşkar edilmiş, həmin giriş hissəsində bir küncdə mumiya qalıqları: qızıla tutulmuş kəllə və ayaq pəncəsi tapılmışdır. Firona məxsusluğu təxmin edilən mumiya qalıqları fon Minutoli tərəfindən gəmi ilə Hamburqa aparılarkən gəminin batması nəticəsində itirilmişdir.

1837-ci ildə Con Şae Perrinq sonrakı dövrlərə aid olan məzarlıqları və ehram qalereyasını aşkar etmişdir.

1926-cı ildə Sesil M. Förs sistematik tədqiqatlar aparsa da onun ölümündən sonra bu iş yarımçıq qalır. Ceyms Edvard Kuibel bu işi davam etdirir, lakin o da 1935-ci ildə vəfat edir. İşi fransız tədqiqatçısı Jan-Filip Lauer davam etdirir.

1934-cü ildə kompleksdə digər şəxslərə məxsus olan qalıqlar aşkar edilir. Lakin dəqiq laborator müayinə bu qalıqların Ptolemey dövrünə aid olduğunu göstərir.

Lauer 2001-ci ilə qədər (ölənədək) Coser ehram kompleksinin və Sakkaradakı ölü şəhər Nekropolun tədqiqatı ilə məşğul olmuş, onun rəhbərliyi altında kompleksin divar hissələri bərpa edilmiıdir.

 

Altı qatlı və ya pilləli tikili Qədim Misirin ilk ehramı sayılır. Dövrümüzə demək olar ki, yaxşı saxlanılmış vəziyyətdə gəlib çatmışdır.

  • Tikilən zaman ölçüləri: 125 m x 115 m, hündürlüyü 62,5 m olmuşdur.
  • Hal-hazırda ölçüləri: 121 m x 109 m, hündürlüyü 60 m-dir.

Coser ehramının memarı qədim Misir ənənəsinə görə Coserin ən ali əyanı olan İmhotep olmuşdur. Kahin İmhotep dövrünün ən müdrik və bacarıqlı xadimi sayılırdı. O, bacarıqlı müəllim və həkim olmaqla yanaşı, həm də münəccim idi.

Firon Coserin heykəlinin altındakı firon titullarından sonra İmhotepin adının həkk olunması onun nə dərəcədə ali rütbəli və mənsəb, söz sahibi olmasına dəlalət edir: "Aşağı Misir fironunun xəzinədarı Yuxarı Misirdə firondan sonra birinci adam, böyük sarayın ağası (idarəedicisi), Heliopolisin baş rahibi, memar, heykəltaraş İmhotep". Sonralar İmhotep ilahiləşdirlərək onu memarlıq və təbabət tanrısı adlandırmışlar. Yunanlar onu özlərinin təbabət tanrısı – Askleplə eyniləşdirirlər. Qədimdə zəvvarlar Sakkaraya gələrkən güman edildiyi kimi mütləq onun məzarına da baş çəkərmişlər lakin, indiyə qədər onun məzarı tapılmamışdir. Sakkarada Coser kompleksindən şimal-şərqdə İmhoteplə və həmçinin müdriklik, yazı və elm tanrısı Totla eyniləşdirilən ibis (quş) mumyaları günümüzədək gəlib çıxmışdır.

İlk olaraq memar İmhotep sadə daş dördkünc qəbir sərdabə – mastaba tikmək qərarına gəlmiş, sonralar tikinti prosesi inkişaf etdirilərək çoxqatlı ehramın ilk qatı şəklini almış olmuşdur. Ehramın coxqatlılığı fironun göyə ucalması kimi simvolik bir məna daşıyır. Tikili ondan əvvəl tikilmiş mastabalardan tikinti materialı kimi çiy kərpic deyil daşdan istifadə olunması ilə fərqlənirdi. Tikinti qatlara uyğun olaraq 6 mərhələdən ibarət olmuşdur. Belə hesab edilir ki, sərdabənin ortası Coserin qardaşı Sanaxt üçün tikilibmiş. Nəticə etibarilə özül üzərində qaldırılmış ehramın ölçülərin 125 m x 115 m, hündürlüyü isə 61 metrə çatmışdır.

Ehramın tikilmə mərhələləri: M1, M2, M3, E1, E1' və E2
 Mastaba M1Mastaba M2Mastaba M3Ehram E1Ehram E1'Ehram E2
  Djoser-Mastaba-M1.png Djoser-Mastaba-M2.png Djoser-Mastaba-M3.png Djoser-Pyramide-P1.png Djoser-Pyramide-P1'.png Djoser-Pyramide-P2.png
Sahəsi 63 m × 63 m 71,5 m × 71,5 m 79,5 m × 71,5 m 85,5 m × 77 m 119 m × 107 m 121 m × 109 m
Hündürlüyü 8 m 8 m, 7 m 8 m, 7 m, 5 m 42 m 60 m 62 m
Tikmə üsulu Üfüqi qatlar Üfüqi qatlar Üfüqi qatlar Maili qatlar Maili qatlar Maili qatlar
Tikinti daşının hündürlüyü 0,30 m 0,30 m 0,30 m 0,38 m 0,52 m 0,52 m
Qatların sayı 4 4-6 ? 6

 


Cənub məzarlığı Coserin ən sirli hissəsi sayılır. Əsasən kirəc daşla hörülmüş divarlardan ibarət irimiqyaslı bir bloku xatırladır. Düzbucaqlı küncü şimal-qərb tərəfdə kult kapella ilə birləşir.

Divarlarının fasad hissələri kobra relyefi və hücrələrlə bəzədilmişdir.

Enən pillələr vasitəsilə cənub məzarlığının alt qatına, çəhrayı qranitlə döşənmiş otağa – alt qata keçmək mümkündür. Üst qatın və əsas məzarın bir qədər kiçildilmiş forması demək olar kiçik nüsxəsi olan alt qat şərqi-qərb istiqamətindədir. Uzunluğu 1,6 m-dir. Pillələr daha aşağıya əsas məzarda olduğu kimi göy kahı ilə üzlənmiş bir qalereyaya doğru enir. Burada fironun Sed bayramındaiçtirakını əks etdirən 3 ədəd təsvirli qapılar yerləşmişdir.

Cənub məzarlığının nə məqsəd güdməsi hələ də müəmmalı olaraq qalmaqdadır. Misirşünas Firt və Edvarda görə bura müvvəqqəti məzar kimi nəzərdə tutulmuşdur. Ricke və Jéquier burada simvolik

Kanın məzarı yerləşmiş olmasını qeyd edirlər. Sonralar onun yerini kult ehramları tutmağa başlamışdır. Burada hər hansı dəfn olunma halı hələ də izah edilməmişdir.



comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur