YERLƏR
Qrinviç adası


Qrinviç adası, həmcinin Berezina adası kimi tanınır — Cənubi Şetland adaları qrupuna daxil olan ada.Livinqston adası ilə Robert adası arasında yerləşir. Quru sahəsinin ümumi sahəsi 142,7 km² təşkil edir.

AdV 19 fevral 1819-cu ildə britaniya briqası olan Villiamsın kapitanı Viliyams Smit tərəfindən kəşf edilmişdir. İlk dəfə kartoraqfik xəritəsini Edvard Bransfild 1820-ci ilin yanvarında tərtib etmişdir. Birinci Rus Antarktika ekspedisiyası zamanı Faddey Bellinshauzen tərəfindən 1812-ci ildəki hadisələrlə əlaqədar Berezina adlandırmışdır.

XIX əsrin sonlarından ХХ əsrin birinci yarısına qədər ovçuları balina və suitikimilərə görə özünə cəlb edirdi. Adaya rəsmi olaraqBöyük Britaniya və Argentina iddia edirdi. Üstəlik Rusiya və ABŞ tərəfindən belə ərazi iddiası mövcud olmuşdur. 1961-ci ildə imzalanan müqaviləyə əsasən Cənubi Şetland adaları rəsmən heç bir ölkəyə mənsub deyil.

6 fevral 1947-ci ildən adada Çiliyə məxsus olan qütb stansiyası fəaliyyət göstərir. 1957—1959 və 1963—1964 illər ərzində adaya britaniya ekspedisiyalar təşkil edtmişdir. 1990-cı ilin martında Ekvador antarktika proqramı çərçivəsində stansiya fəaliyyətə başlamışdır. 2004—2005 illərdə adanı Bolqarstan Antarktika ekspedisiyası tətqiq etmişdir.

Ada vulkan məşhəllidir. Onun ərazisinin böyük hissəsi buzla örtülü qaqayalıqlardan ibarətdir. Adanın ən hündür nöqtəsi cənub-şərqdə yerləşən Momçil dağıdır (625 m.).

İqlimi antarktik sərindir. Bitki örtüyü olduqca kasıbdır. Əsasən antarktik tundra bitkilərini müşahidə etmək olar. Adada çoxlu sayda dəniz quşları yuva qurur.

Adada daimi yaşayış yoxdur.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur