YERLƏR
Tramvaylar Şəhəri “Lissabon”

Nostaljik tramvayları ilə Lissabon, Portuqaliyanın ən böyük şəhəri və paytaxtıdır. Atlantik Okeanının sahilində yerləşən şəhər, Portuqaliyanın ən zəngin bölgəsidir. Dünyanın ən zəngin mədəniyyətə və rəngə malik paytaxtlarından biri olan Lissabon Avropanın ən sürətli böyüyən şəhərlərndən biridir. Əhalisi üç milyona yaxın olan şəhər, rifah səviyyəsi baxımından Avropa Birliyinin hesablamalarına görə olduqca yüksək səviyyədədir.

2004-ci ildə Lissabonun Baixa adlı şəhər mərkəzi, UNESCO-nun Dünya Mirasları siyahısına əlavə olunaraq qoruma altına alınmışdır. Lissabon, gəzib görüləcək dəyərlər baxımından da çox zəngindir. Tarixi binaları, özünəməxsus mədəniyyətinin yaşandığı küçələri, abidələri, monastırları və meydanları ilə çox turistin sevimli istirahət mərkəzi olmuşdur.

Ticarət Meydanı, Nossa Senhora da Conceiçao Velha Kilsəsi, Rossio Meydanı, Elevador de  Sanda Justa, Belem Qülləsi, Padrão dos Descobrimentos, Jeronimos Monastırı Sadalayacağımız nümunələrdən yalnız bir neçəsidir. Lissabonun simvollarından biri olan Elevator Santa Justa, nəhəng bir şəhər liftidir. 1902-ci ildə Eyfel qülləsinin memarı Gustave Eiffelin tələbəsi Rauol Mesnier du Ponsard tərəfindən hazırlanmışdır. Bu lift ilə şəhəri quş baxışı olaraq izləmək mümkündür. Memarlıq cəhətdən zənginliyi ilə tanınan şəhər, tarix boyu keçirdiyi dövrlərin bədii və memarlıq ənənələrindən bəhrələnərək, Roma, Qotik, Barokko, Modern, Postmodern və ənənəvi tərzdə əsərlər ilə doludur. Geniş küçələr, böyük prospektlər, meydanlar və abidələrlə yanaşı, turistlərin diqqətini çəkən mühüm yerlərdən biri də, Lissabonun muzeyləridir.

Şəhərdə bir çox muzey var. Antik sənət əsərlərindən mozaika, okean muzeyindən at arabası muzeyinə hətta əczaçılıq muzeyinə qədər bir çox elm və sənət muzeyləri, şəhərin ən hərəkətli yerlərindəndir. Qış aylarında sıx maraq görən opera binası, hər mövsüm teatr və konsertlərin, mədəni tədbirlərin tez-tez təşkil olunduğu Lissabon, Santo Antonio Festivalına ev sahibliyi edir. Hər il iyun ayında keçirilən, beş gün davam edən bir festivaldır.

Şəhərin cənub hissəsi, olduqca inkişaf etmiş sənaye bölgəsidir. Portuqaliyada yerləşən bir çox beynəlxalq şirkətin mərkəz binaları, paytaxt Lissabonda yerləşir.

Lissabonda nəqliyyat adətən metro ilə təmin edilir. Bununla yanaşı, avtobus və funikulyorlar sayəsində paytaxt Bakımızdan fərqli olaraq insanlar tıxacdan əziyyət çəkmir. Şəhərin ən ənənəvi nəqliyyat vasitəsi isə tramvaydır. 19-ci Əsrdən bəri fəaliyyətini davam etdirən tramvaylar, rəngarəng qarışqalar kimi şəhərin bir ucundan digər ucuna sanki bir açıq hava muzeyi kimi nəqliyyatı təmin edir. Portuqaliyanın dünyaya açılan qapısı olan hava limanı isə ölkənin paytaxtı olan Lissabondadır.

 

Kamil Adgözəlli


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur