ART
Rodos Heykəli

Rodos Adası Rodos Şəhərində, liman girişdə olduğuna inanılan Rodos Heykəli, Dünyanın Yeddi Möcüzəsi arasında göstərilir. Antik Yunan mifologiyasında Günəş Tanrısı olaraq keçən Heliosun bu əzəmətli heykəli, nəhəng ölçülərdədir.

Heykəlin tikilişi.


E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Rodos Heykəli, heykəltəraş olan Lindoslu Khares tərəfindən inşa edilmişdir. Hündürlüyü 32 metr olan heykəl, tuncdan hazırlanmışdır. Rodos Limanının dərhal girişində yer alan nəhəng heykəlin ayaqlarının arasından, o dövrdə limana girib çıxan gəmilərin keçdiyi bildirilir.

Rodos Heykəlinin Tarixi İnkişafı Necə Olmuşdur?

Antik Yunan vaxtlarında, şəhər dövlətləri sisteminin torpaqlarda hakim olduğu məlumdur. Lindos, Kamiros və Lalysos ilə birlikdə anılan Rodos, dörd ada dövləti arasında sayılırdı. Eramızdan əvvəl 408-ci ildə ada dövlətlərinin bir-biriləri ilə görüşməsi və müqaviləsi nəticəsində birlik yaranıb və Rodosa paytaxt status  verilmişdir. Bu vəziyyət, Rodosun iqtisadi olaraq möhkəmlənməsinə də imkan yaratmışdır. Misir ilə aparılmış ticarət fəaliyyətləri genişlənmiş və ticari münasibətlər inkişaf etmişdir. Ancaq, Makedoniyalı Antigonidlerin, eramızdan əvvəl 305-ci ildə, Misir ilə olan birliyi və münasibətləri pozmaq adına şəhəri mühasirə cəhdləri, müharibə dövrünü başlatmışdır.


Eramızdan əvvəl 304-ci ildə sülh olaraq, hərbi materiallar əridilməyə başlanmış və əriyən materiallardan Rodos Heykəlinin tikintisinə başlanmışdır. Heykəlin inşa edilməsi, təxminən 12 il davam etmişdir. Eramızdan əvvəl 282-ci ildə tikintisi tamamlanan heykəl, eramızdan əvvəl 226-ci ildə baş verən böyük zəlzələyə qədər sağlam qalıb. Baş verən zəlzələ nəticəsində, şəhərin böyük hissəsi dağılmış və heykəl də diz hissəsindən qırılmışdır. Dövrün Misir Kralından, şəhərin yenidən qurulması və heykəlin bərpa edilməsi üçün yardım istəyən Rodos Xalqı, bir kahinin yaydığı dedi-qoduya görə istədiyi yardımı almamışdır. Buna görə də, Rodos Heykəli təxminən 900 il yerdə qalmışdır. 653-ci ildə ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra nəhəngi bir yəhudiyə satır. Sonra, Suriyalı Yəhudi tacir tərəfindən satın alınan heykəl, deyilənə görə tam 900 dəvə ilə birlikdə daşınmışdır.

Nyu-York buxtasındakı Azadlıq heykəlinin tmsalında Rodos nəhənginin obrazı yaradılmışdır.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur