YERLƏR
Şotlandiya

Birləşmiş Krallıqda yerləşən Uels, Şimali İrlandiya, İngiltərə və Şotlandiyadır. Bu krallıqda ən böyük əhaliyə sahib olan İngiltərədən sonra ikinci ən çox əhaliyə malik ölkə Şotlandiyadır.

18 Sentyabr 2014-də keçirilən müstəqillik referendumu ilə Şotlandiya Birləşmiş Krallıqdan çıxarılmışdır. Şotlandiyanın Paytaxtı Edinburghun, yer aldığı ada isə Britaniyadır. Şotlandiya 3 regiona bölünmüşdür. Şimaldan cənuba doğru ayrılan bu bölgə, Highlands, Central Belt və Southern Uplandsdır. Şotlandiya əhalisinin çoxu dəniz səviyyəsinə yaxın olan Central Belt bölgəsində yaşayır. Central Belt bölgəsinin ən böyük şəhərləri isə, Edinburgh, Qlazqo və Stirlingdir.

Şotlandiyada çox sayda ada mövcuddur. Şotlandiya gölləri, adaları, dağları ilə olduqca zəngin təbiətə malik ölkələr arasındadır. Şotlandiya tam müstəqil bir ölkə deyil. Amma buna baxmayaraq, Şotlandiyanın özünə məxsus bayrağı, parlamenti və paytaxtı mövcuddur. Şotlandlar, tarixlərinə, mədəniyyətlərinə, ənənələrinə olduqca əhəmiyyət verirlər. Həmçinin öz mədəniyyətlərini daim yaşadıb, ənənələrini yaşatmağa qayğı göstərirlər.

Paytaxt Edinburq

Şotlandiyanın ən böyük ikinci şəhəri Edinburghtur. Paytaxt, Şotlandiyanın şərqində yer alır. Həmçinin şimal dənizinə də olduqca yaxındır. Bu şəhər görüntüsü, abidələri ilə olduqca diqqət çəkir. Şəhər tarixi, imkanları, böyüklüyü, gözəlliyi ilə görənləri ovsunlayır. Xalqın çoxunun bu şəhərdə yaşamasına görə, paytaxt davamlı inkişaf göstərir. Bu şəhərin ən məşhur prospektlərdən biri olan Royal Milea prospekti hakim bir mövqedədir. Burada yer alan görkəmli qəsr diqqətləri üzərinə çəkir. Bu şəhərin idarəçiliyini Şahzadə Filip edir. Həmçinin bu şəhərdəki "Old Town" və "New Town" bölgələri olduqca əhəmiyyətlidir. Çünki bu bölgələr, YUNESKO-nun Dünya İrs Siyahısında yer alır.

Bu şəhərdə yer alan Edinburq Universiteti isə, ən qədim universitetdir. Bu universitet 1583–cü ildə qurulmuş və dünyanın ən yaxşı 9-cu universiteti tituluna sahib olmuşdur.

Şotlandiyada Təhsil

Qlazqo Universiteti

Bu ölkənin ilk ağla gələn təhsil müəssisələrindən biri Qlazqo Universitetidir. Bu universitet 1451-ci ildə yaradılıb. Bundan başqa, Qlazqo Universiteti Şotlandiyanın ən qədim universiteti kimi tanınır. Bu universitet, İngilis Dilində danışan ölkələr arasında da ən qədim dördüncü universitetdir. Qlazqo Universiteti, etibarı, etmiş olduğu işləri, araşdırmaları, nüfuzu, təhsili ilə örnək bir universitetdir. Avropada bu universitet olduqca məşhurdur. Universitetinin əsas korpusu Gilmorehilldədir.

Edinburq Universiteti

Adından da aydın olduğu üzrə, Edinburq Universiteti paytaxt Edinburqda yer alır. Bu universitet 1583-ci ildə yaradılmışdır. Edinburq Universiteti dünyanın ən yaxşı, ən hörmətli universitetlərindən biridir. Bu universitet bir çox mükafata layiq görülmüşdür. 2010" da beynəlxalq universitetlər arasında dünyanın ən yaxşı doqquzuncu universiteti mükafatını alaraq, uğurunu təsdiq etmişdir.

Edinburq Universitetinin digər mükafatlarını sadalamış olsaq bunlar, 9 Nobel Mükafatı, 1 Abel Mükafatı və Olimpiadalarda çoxlu sayda qızıl medalı da əlavə etməyimiz lazımdır. Bu universitet eynilə Harvard, Oksford və Kembric kimi özünü beynəlxalq mənada sübut etmiş, ən mötəbər, ən nüfuzlu universitetlər arasında yerini alır. Həmçinin Edinburq Universiteti dünyanın ən varlı universitetlərindəndir.

Bu universitetin qurulmasında diqqətləri çəkən şey isə, Kral VI. Ceymsin əmri ilə yaradılması və yerli bələdiyyə tərəfindən maliyyə edilməsidir. Çünki o vaxtlar Avropadakı hər bir universitet papalıq məqamının əmirləri ilə qurulurdu. Edinburq Universiteti, papalıq məqamının əmri qurulmamış ilk universitetdir. Bu baxımdan da olduqca əhəmiyyətli olan Edinburq Universiteti, dünyanın ilk mülki universitetidir.

Bu universitet Şotlandiyadakı digər universitetlərdən fərqli olaraq, ayrı statusa və qanuni hüquqlara malikdir. Bu universitetdə rektoru tələbələr özləri seçə bilirlər. Edinburq Universiteti gördüyü işlərlə bir çox ilkə də imza atmışdır. Teviot Row Follow House binası məktəbin tələbə birliyinə aid olaraq yaradılmışdır. Bu bina, dünyanın ilk tələbə birliyinə aid quruluşu olma xüsusiyyətini daşıyır. Avropadakı ilk süni zəka araşdırma mərkəzi də, bu universitetin imza atdığı uğurlar arasında olduqca əhəmiyyətli bir yerə sahibdir.

Bundan başqa, dünyanın klonlanmış ilk məməli heyvanı kimi tanınan qoyun Dollyde, Edinburq Universitetində klonlanmıştır. Bu universitetin məzunları arasında olduqca diqqət çəkən adlar var. Edinburq Universitetinin diqqət çəkən məzunları arasında Charles Darwin, David Hume, Alexander Graham Bell  kimi adlar yer alır. Ayrıca Adam Smith, Max Born, Peter Higgs  kimi məşhur adlar da Edinburq Universitetində dərs deyiblər.

Şotlandiyanın görülməsi gərəkən yerləri

Şotlandiyanın dillərə dastan bir gözəlliyi var. Bir çox filmə mövzu olan Şotlandiya, yaşıllıqların arasında böyük bir gözəlliyə malikdir. Dünya üzərində yaşıllığın ən çox olduğu ölkələrdən biri, heç şübhəsiz ki Şotlandiyadır. Əgər ağlınıza Şotlandiya səfər etmək planları olarsa, avqust ayında Şotlandiyaya getməyinizi təklif edirik. Bu dövrdə gerçəkləşdirilən Edinburq Festivalı ilə unudulmaz anlar yaşaya bilərsiniz.

Şotlandiya dedikdə ağlımıza, göyərti, tuluq zurnası və azadlıq sözləri gəlir. Şotlandiyanın qəsr formasındakı evləri, turistlərin ən çox diqqətini çəkən yerlərdir.

Şotlandiyaya addım atdığınız anda dərhal Edinburq küçələrinə gedin. Küçələrin dar və Alban səkiləri sizə orta əsr abu-havasını hiss etdirəcəkdir.

Bir az olsun əylənmək və beyninizi dağıtmaq istəyirsinizsə, Royal Milə sizə unudulmaz bir gecə yaşadacaqdır. Kral Sarayı və Artur Seat Təpəsi turistlərin istirahət yerlərindən biridir. Şəhər sizə mistik bir hava altında bütün imkanları yaradır.

Highlands, Şotlandiyanın ən məşhur yerlərindən biridir. Vadi içindəki şəlalələrə şahidlik etmək istəyirsinizsə, gəzinti rəhbərləri ilə mütləq Highlandsı ziyarət etməlisiniz. Foto həvəskarlarının istirahət yeri olan Highlands, təbiəti ilə sanki insanları ovsunlayır.

Şotlandiyanın ən məşhur şəhərlərindən biri olan Qlazqo, sizi canlı musiqi və konsertləri ilə qarşılayacaq. Həmçinin Qlazqonu, sənət mərkəzi kimi də anmaq olaq. Şəhər xalqının sənətə bağlılığı aparılan fəaliyyətlərdən rahat başa düşülür. Qlazqo şəhərinin ən məşhur və ziyarət edilməsi lazım olan sənət yerləri isə, The Modern Institute və Lighthousedir. Həmçinin Qlazqo Knofler, Perri Rose, Belle - Sebastyan və Franz Ferdinand kimi dünyayaca məşhur bir çox sənətkarın məbədidir.

Şotlandiyanın dar küçələrində gəzərkən, mütləq Şotland xörəklərinin də dadına baxmalısınız. İlin hər fəsli bir çox turisti özünə çəkən Şotlandiya, avqust ayında ayrı bir ziyarətçi axınına məruz qalır. 

 

KAmil Adgözəlli


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur