YERLƏR
Misir Piramidaları Haqqında Yeni Məlumatlar

Qahirə Muzeyində keçirilən mətbuat konfransında danışan Misir Tarixi Əsərlər Naziri Memduh ed-Demati, " Scan Pyramids" layihəsi çərçivəsində Yaponiya, Fransa və Kanadalı alimlərin müxtəlif araşdırmalar apardığını bildirib. Tədqiqatda Misir Piramidaları ilə bağlı bu günə qədər məlum olmayan yeni tapıntılara nail olunduğu və bunların piramidaların sirli cəhətlərinin ortaya çıxmasını təmin edəcəyi bildirilib.


Layihəni icra edən Tarixi Əsərləri Qoruma Mərkəzinin Direktoru Mehdi Tayyubi də Yaponiyada istehsal olunan yüksək keyfiyyətli kameralar ilə piramidaların təkrar müşahidə edildiyi və öyrənildiyini qeyd edib.

Qırmızı və Şimali Piramida olaraq da bilinən Snefru Piramidasının zirvəsində istilik dərəcəsinin digər hissələrə nisbətən daha yüksək olduğunun aşkar edildiyini və bu vəziyyətin daha öncə məlum olmadığını dilə gətirən Tayyubi, minlərlə il əvvəl inşa olunan piramidaların diqqətli və səbrli şəkildə araşdırılması lazım olduğunu vurğulayıb.

Araşdırmalar nəticəsində, piramidaların temperaturları ilə bağlı müxtəlif məlumatların əldə edildiyini bildirən Demati, piramidaların içində gizli otaqların və dəhlizlərin ola biləcəyini bildirib.

Yaponiyalı alimlərin, X-Ray şüa texnologiyası ilə apardığı araşdırmalarda, Xeops Ehramının da şimal səthinin digər səthlərə görə 3-4 dərəcə isti olmasının müəyyən edildiyi açıqlanıb. Xeopsun şimal səthində qaranlıq bir hissənin müəyyən edildiyi də qeyd edilib.

Misir Əsərlər Nazirliyi ötən ilin oktyabr ayındakı açıqlamasında 2016-cı ilin "Piramida ili" kimi elan etmiş və 4500 il əvvəl inşa olunan piramidaların daha yaxşı öyrənilməsi üçün işlərin artırılacağını bildirmişdi.

 Kamil Adgözəlli


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur