YERLƏR
Şimali və Mərkəzi Amerika ölkələrinin adlarının etimologiyası

Nəyə görə Kanada- Kanada, Kuba-Kuba, Honduras isə Honduras adlanır? Biz tarixə baş vuraraq bir sıra Amerika ölkələrinin adlarının etimologiyasını araşdırdıq.

  • ABŞ (United States of America)

bAmerica- Florensiyalı səyahətçi Ameriqo Vespuççinin adından götürülüb. 1502ci ildə hersoq Mediçiyə göndərdiyi məktubda Vespuççi bildirirdi ki, Kolumbun kəşf etdiyi ərazi heç də Asiya deyil, ora əslində yeni materikin bir hissəsidi. 1507ci ildə kartoqraf Martin Valdzemüller “Kosmoqrafiyaya giriş” kitabında yeni ərazini Ameriqonun şərəfinə adlandırmağı təklif edir. İlk olaraq ancaq cənub materiki Amerika kimi adlandırılsa da, 1538ci ildə kartoqraf Herard Merkatorun cəhdləri ilə bütün materik Ameriqonun adı ilə əlaqələndirilir.

  • Kanada (Canada)

Yerli tayfaların dilində “kanata”- “qəsəbə” mənasını verir. Əvvələr bu ad yalnız Stadakon kəndi ilə (Stadakonun “kanata”sı) bağlı idi. Fransız araşdırmaçısı Jan Kartye bu adı bütün ərazi üçün istifadə etmişdi. Ərazi 1791ci ildə xəritəyə bu adla düşüb.

               

  • Meksika (Mexico)

Meksitli Tanrısının adından götürülüb. Əfsanələrdən birinə görə Meksitli- asteklərin müharibə Tanrısı olan Uitslopoçtla-nın sirli adlarından biridi. Meksika sözüisə “Meksitlinin ərazisi” mənasını verir. Meksika adı əvvəlcə şəhərə, sonra Yeni İspaniyanın müstəmləkəsinə, sonradan isə tamamilə müstəqilləşən ölkənin adına verilən addır.

  • Beliz (Belize)

Ehtimallardan birinə görə ölkənin adı, ölkənin ərazisindən keçən çayın adı kimi mayalıların “belix” sözündən- “tutqun su”dan götürülüb.  Digər versiyaya görə isə ölkənin adı şotland piratı Piter Uollesin adı ilə bağlıdı. Həmçinin, Konqodan gətirilən qulların da bu ölkəni “Beliz” adlandırlıması versiyası da mövcuddu, belə ki, Afrikanın da öz Belizi var.

  • Qvatemala (Guatemala)

Cuauhtēmallān sözündən götürülüb. Söz nautalya(asteklərin dili) dilindən tərcümədə “çoxlu ağac olan ərazi” kimi tərcümə olunur. Asteklərin imperiyasını zəbt etməyə gedən Ernan Kortes və Pedro de Alvaradonun dəstələrində olan hindi-döyüşçülər buranı bu cür adlandırmışlar.

  • Salvador (El Salvador)

1528ci ildə bu ərazi ispanlar tərəfindən işğal olunur və İsa Məsihin şərəfində adlandırılır. İspan dilindən tərcümədə El Salvador “xilaskar” mənasını verir.

  • Kosta-Rika (Costa Rica)

İspan dilindən tərcümədə “zəngin sahil” mənasını verir. Bu ərazidə ilk koloniyaların əsasını İspaniyadan buraya varlanmaq arzusu ilə gələn kasıb əhali qoymuşdu.

  • Haiti (Ayiti, Haiti)

Ayity sözündən götürülüb və tərcüməsi “hündür dağların məskəni”, “dənizdə olan dağ”, “acı toraq” kimi mənaları verir. 1492ci ildə buranı kəşf edən Kolumb buraya “Espanyola” adını versə də, bu ad məşhurlaşmır.

  • Baham adaları (Commonwealth of Bahamas)

Versiyalardan birinə görə Bahamas sözü öz kökünü baja mar- kiçik dəniz sözündən götürür.

  • Barbados (Barbados)

Barbados sözü portuqal dilindən olan barbadas- saqqalı sözündən törəyib. Müxtəlif versiyala görə bu ya bitkilərin formasına görə, ya da  yerli əhalinin uzun saqqalına görə verilən addır.

  • Kuba (Cuba)

Versiyalardan birinə görə ölkə öz adını hindi tayfası olan tainların dilindən götürüb və mənası “böyük ərazi” və ya “bolluqda olan münbit ərazi” kimidir. Digər bir versiyaya görə isə ölkənin adını Kolumb Portuqaliyanın cənubunda yerləşən eyniadlı şəhərin şərəfinə adlandırmışdı.

  • Qrenada (Grenada)

1523cü ildə adanı ispan Qranadasının şərəfinə adlandırırlar. Buradakı dağlar ispanlara öz doğma Syera-Nevadalarını xatırladırdı. Adada hakimiyyəti inglis və fransızlar ələ keçirdikdən sonra isə onun adı “Qrenada” şəklinə düşür.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur