YERLƏR
Himalay və onun maraqlı xüsusiyyətləri

Himalay- Asiyanın ən uzun dağ silsiləsidi. Silsilədə Everest də daxil olmağnan dünyanın ən uca zirvələri yerləşir. Himalay Pakista, Hindistan, Butan, Tibet və Nepal ölkələrinin ərazisindən keçir. Dağ silsiləsi 30 dağdan və dünyanın 9 ən uca zirvəsindən ibarətdir. O, şimalda Tibet platosu, cənubda isə Hindistan düzü ilə sərhəd rolunu oynayır. Silsilənin ümumi uzunluğu 2400 kmdir. Həmçinin, Himalay Cənubi Asiya ölkələrinin mifologiyasında böyük rola malikdi. Əsrlərlə Himalay Nepal və Hindistan olan inanclılar üçün ziyarət məkanı, alpinistlər üçün isə ən böyük məqsəd olmuşdu. Edmund Hillari və Tensinq Norveyin Everesti fəthindən sonra Himalaya olan maraq bir qədər də artır.

  • Himalay dağ silsiləsi 70 milyon il əvvəl Hind-Avstraliya və Avrasiya tavalarının toqquşması nəticəsində yaranmışdı.
  • Himalayın hərfi tərcüməsi- “Qarın məkanı”dır. Himalay sözü “hima”(qar) və “alaya”(məkan) sözlərinin birləşməsindən yaranıb.
  • Hind mifologiyasına görə Himalay Şiva allahının evi hesab olunur.
  • Himalay dağ silsiləsi Yer kürəsinin ümumi ərazisinin 0.4%ni əhatə edir. Onun ümumi sahəsi 153295000 km2dır.
  • Burada iqlim müxtəlifliyi o qədərdi ki, buradan keçən səyəhətçilər mussonlarla, daşqınlarla, qar uçurumları ilə, zəlzələ ilə qarşılaşa bilirlər.
  • Hind-Avstraliya platforması hər il 67 mm yer dəyişir, və 10 milyon ilə sonra 1500 kmə yaxın yol qət edəcək.
  • Himalay təbii ki, dünyanın ən az cinayət baş verən yerlərindən biridi.
  • Bir çox böyük çaylar- Qanq, Hind, Brahmaputra, Mekonq, Yantsızı öz başlanğıcını Himalay və ya Tibet yüksək dağılığından götürür. Bu çayların yaşı Himalaydan da çoxdu.
  • Bu rayon Antarktika və Arktikadan sonra qar və buzlaqların sayına görə dünyada 3cü yerdədi.
  • Himalay əsrlər boyu Hindistan, Çin və Monqulustan insanlarının ünsiyyəti üçün təbii baryer olmuşdu.
  • 29 may 1953cü ildə Ermund Hillari və Tensinq Norvey dünyanın ən uca zirvəsi- Everesti ilk dəfə fəth edənlər oldular.
  • Everesti yerli insanlar Nepal dilində “Sagarmatha” adlandırırlar. Tərcümədə “Dünyanın ilahəsi” mənasını verir.
  • Himalay qonşu ölkələrdəki hava dövrəsinə və iqlim dəyişikliyinə əhəmiyyətli dərəcədə təsir edir.

comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur