YERLƏR
Su üzərində şəhərlər

Hələ Qədim Çində memarlar su üzərində qəsəbələr inşa edirdilər. Avropada isə Brüggenin kanalları ilə katerdə üzərkən orta əsrlərin koloritini hiss edə bilərsiniz. Hindistanda isə yeni evlənən cütlük romantika axtarışında çox əziyyət çəkmir, onlar göl üzərində yerləşən qədim Udaypur şəhərinə gedirlər.

 

Vuçjen, Çin.

Su üzərində şəhərlər Çinə çoxdan tanışdı. Turizm agentlikləri Çinin bu şəhərlərinə xüsusi turlar təşkil edirlər. Təkcə Yanstsızı hövzəsində ardıcıl şəhərlərə rast gəlmək mümkündü. Onların arasında Vucjen xüsusilə seçilir. Şəhərin tarixi kökləri çox qədim zamanlara çıxır. Alimlər qeyd edirlər ki, burada ilk yaşayış məskənləri hələ 7000 əvvəl mövcud olub. Vuçjen digər su üzərində olan şəhərlərə nisbətən daha yaxşı vəziyyətdə olduğundan turistlərin marağını bu qədər cəlb edir. Şəhərin əksər hissəsi qədim tikililərdən ibarətdi. Şəhər əhalisi öz qədim ənənələrindən əl çəkmək niyyətində də deyillər: onlar nəsə almaq üçün evlərini tərk etmir, sadəcə pəncərədən əllərini uzadaraq ticarət gəmilərində “bazarlıq “ edirlər.

 


Çjouçjuan, Çin.

Çinin daha bir qədim su üzərində olan şəhərlərindən biri Çjouçjuan Tayxu çayı hövzəsində yerləşib. Çjouçjuanın küçələri kiçik çaylardan ibarətdi. Vuçjen qədər qədim ənənələrə sahib olsa da Çjouçjuanda xarici turistlərə rast gəlmək çətin məsələdi. Çjouçjuan əsla tarixi ənənələrinə görə Vucjendən geri qalmır, burada hələ də daş körpülər, qara kərpicdən olan evlər qalmaqdadı. Sakinlər qədim zamanlardakı kimi evlərini balıqqulağı ilə sərinlədirlər. Çjouçjuanın ən tarixi yerlərindən biri də Çenqksu qəsridi. XI əsrin abidəsi olan Çenqksu Sonq sülaləsinin hakimiyyəti dövründə inşa edilmişdi. Qəsrə aparan körpüdən suya baxarkən siz qızıl balıqların “qaynadığı”nı görə bilərsiniz.

Udaypur, Hindistan.

Hindistandakı gənclər öz bal aylarını unikal Udaypur şəhərində keçirməyi çox sevirlər. Burada keçmişin xatirəsi olan qala və saraylar qalmaqdadı. Udaypur 3 göllə əhatələnib, bu da şəhərə yalnız ona məxsus olan koloriti hiss etməyə imkan verir. Buranın əsas görməli yerlərindən biri də Göl sarayıdı. O, düz Piçola gölünün üzərində yerləşir. Bir zamanlar hind taxt-tacının sahiblərinin yay imarətgahı kimi fəaliyyət göstərən Göl sarayı indi dünyada ən dəbdəbəli mehmanxanalardan biri sayılır. Udaypurun unikallığı memarlıq ilə bitmir. Fateh gölünün ətrafında siz bir sıra parklara rast gələ bilərsiniz. Neru parkı xüsusilə maraqlıdı. O gölün üzərindəki adada salınıb. Burada palmalar yetişir, fontanlar su vurur, və hər yandan bütün park boyu əkilən qızıl güllərin qoxusu gəlir.



Brügge, Belçika.

Brügge- Belçikanın Qərbi Flandriya əyalətinin paytaxtı. Tarixi memarlıq burada Venesiyadakı kimi qorunub saxlanmışdı. Brüggedə qayıqda çoxlu kanalların üzəri ilə üzmək olar. Kanallar boyunca düzülən orta əsr tikililəri xüsusi zövq verir. Şəhərin içindən üç mühüm kanal keçir: Gent, Sley, Ostend. Onlar o qədər dərindilər ki, hətta dəniz gəmiləri ilə belə üzmək mümkündü. Kiçik kanallarda isə yalnız qayıqla səyahət edə bilərsiniz. Şəhərdə irili-xırdalı 54 körpü var. Qeyd etmək lazımdır ki, XIV əsrdə Brügge Şimalı Avropanın ən mühüm ticarət şəhərlərindən biri olub. Təsadüfi deyil ki, ilk birjanın 1406cı ildə məhz burada əsasının qoyulduğu deyilir.


Meskaltitan, Meksika

Meksikanın da öz Venesiyası var. Meskaltitan şəhəri Nayarit ştatının yaxınlığındakı adada yerləşib. Onu Meksikanın ən geniş manqrovları əhatə edir. Buradan saysız-hesabsız kanal keçir. Avqust-sentyabr ayları- yağış mövsümüdür. Bütün küçələri, evləri su basır. Onda əhali kanoeyə həyatına keçir. Əfsanəyə görə, Meskaltitan qədim astek sivilizasiyasının mərkəzi olan Atslan şəhərinin yerində yerləşib. Hesab olunur ki, 1901ci ildə onlar buradan cənuba gedərək indiki Mexikonun əsasını qoyublar.





comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur