MVIDEO
"Fly"- qısametrajlı həvəskar film

Film ilk baxışdan adi görünən həyatlarında müəyyən problemlərlə üz-üzə qalan 4 qızın hekayəsindən bəhs edir.

Birinci qəhrəman işdən qovulduqdan sonra anlayır ki, bir çox dostları ondan üz döndərib və o, heç kimlə ünsiyyət qura bilmir, buna görə də, qəribə boşluq hissləri keçirir. Öz hisslərinin içində çaş-baş qalan qəhrəman demək olar ki, son nöqtəyə yaxınlaşır, lakin son anda anlayır ki, elə məsələlər var ki, onları həll etməmiş bu dünyanı tərk etmək olmaz.

İkinci qəhrəman ailəsindəki problemlərə, valideynlərləri ilə arasında olan anlaşılmazlıqlara görə öz uçuşundan bir neçə santimetr məsafədə olur. Xoşbəxtlikdən, sirli qəhrəman lazım olan anda lazım olan yerdə olur. O, nəinki qəhrəmanımızı son addımdan qurtarır, onun gözlərini tamamilə yeni bir həyata açır.

Üçüncü qəhrəman monoton həyatından və həyatındakı "təkrar" düşməsindən yorulduğundan, fikirlərini toplayıb hissləri və qərarsızlıq ilə mübarizəyə girir. Nə qədər çətin olsa da, o mübarizədən qalib ayrılır. Birdə ki, yeni həyata başlamaq istəyən zaman köçməkdən yaxşı nə ola bilər ki?!

Dördüncü qəhrəman uzun yol qət etdikdən sonra xəyalının bir addımlığında öz-özünü çaşdıran suallara qapılır. necə də tez-tez İnsanlar hədəflərinin bir addımlığında olarkən təslim olurlar. Heç bir hiss həyatını dəyişəcək telefon zənginə cavab verərkən keçirdiyin hisslərlə müqayisə oluna bilməz. Aşağıya doğru bir addım atıb, səni əhatə edənlərə əlvida deməyə nə var ki?! Heç nə.

Bəs, addım atıb yuxarıya uçmaq, bütün məqsədlərinə çatmaq səndən nə tələb edir? Həddən artıq çox şey...
Rejisor- Teymur Mehdizadə


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur