YERLƏR
Noydart yarımadasının taleyi

Onlar öz Şotland yarımadalarını alaraq yüzillərlə davam etmiş ingilis əsarətindən qurturdular. Bəs indi onların taleyi necədi ?


Berni İvemi, 71 yaş. Hər gün o, öz məktub qutusunu yoxlayır. Onun üzünü tük basıb və o sadə geyimdə gəzir. Berni qarışıq əşyaların içində hansısa kitabı axtarır. Nəhayət, o kitabı tapır, lazım olan səhifəni açır və barmağını səhifədə olan sətirə qoyaraq ucadan oxumağa başlayır: “Nəsil dəyişməsi kimi quruluşu çətin, prosessi təhlükəli, uğuru bundan şübhəli olan ikinci bir hadisə yoxdu.” Nikkolo Makiavelli bu sözləri 500 il əvvəl yazsa da, Noydart yarımadasında bu sözlər hələ də məşhurdu.

Bu tərəflərə heç bir yol getmir. Əgər siz Noydartın yeganə insan məskunlaşmış hissəsi olan İnveri qəsəbəsinə getmək istəsəniz dağların arası ilə şəlalə səslərinin müşayəti ilə addımlamalısız.



Təxminən 10 il əvvəl Noydartın sahibi inglis lordu 6900 hektar ərazinin öhdəsindən gələ bilmədi və məhkəmə Noydartın sahibi uğrunda müsabiqə elan etdi.

“Mən o zaman hərəkət etməyin lazım olduğunu anlayan ilk insanlardan biri oldum. Üsyanlar hər zaman məni heyrətləndirirdi.” Məhz o bütün Şotlandiyanın izlədiyi azadlıq hərəkatının hərəkətverici qüvvəsi olmuşdu. Bütün səyləri göstərərək Noydartın 68 sakini buranı pulla alıb 1707ci ildən davam edən inglis əsarətindən qurtulmuşdu. 1999cu ilin mart ayında Noydart sakinlərinin qələbəsini bütün KİVlər onların bu sözləri ilə çap etmişlər: “Biz öz tariximizi yazırıq- burada və indi.”

O zamandan yarımadanın əhalisi 3 dəfəyə qədər artıb. Gündən günə barlarda olan stolların və məktub qutuların sayı artır.

Berniyə məktubları ayırd eləməyə Tommi Makmenon kömək edir. Burada tənbəllər çoxdu. Məsələn, ovçu Djim Sledobıt, rəssam Mark, həmçinin burada dostunun yanına gələn Dzinel Svistun evinə qayıtmayaraq burada qalıb və fleyta ustası olub. Burada insan öz-özü ola bilir !

Noydartın alınmasından sonra burada milli “Noydart” fondu yaradılıb və bütün xərclər buradan ödənilir. Fondun rəhbəri Anjela Uilyamsdı. Anjela Uilyams əhalinin belə sürətlə artımından sonra yaşayış yerlərinin çatışmamazlığı problemi ilə üzləşmişdi. O, hətta koteclərdə qalan amerikanları da bu səbəbdən qovmalı olmuşdu. Daha bir problem isə yarımadanın öz gəlirlərinin az olması ilə bağlıdı. Ovçuluqdan gələn gəlirlər artıq tələbatı ödəmir. Anjela Uilyams əsas gəlirləri turistləri bura cəlb etməklə əldə etməyə çalışır.

Berni hər bir çətinliyi üsyanın bir hissəsi kimi qəbul edir və bu proyektin uğuruna inanır. O hər həftəsonu dağlara gedərək orada üsyan himnlərini ucadan oxuyur və bunula özünəinamı artırır. Noydart sakinləri yaşamaq istədikləri üçün yaşayırlar, buna məcbur olduqları üçün yox.





comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur