YERLƏR
İstirahətinizi Çili də keçirməyin 8 səbəbi

Çilidə istirahət nə qədər gözəl olsa da, yol bir çox adamları bu Latın Amerikası ölkəsinə getməkdən çəkindirir. Bu ölkəyə getmək üçün siz təxminən 1 sutka təyyarə ilə uçmalısınız, və orada da çoxlu yerləri gəzmək üçün daima yolda olmalısınız. Lakin Marifia yoldan qorxmayanlar üçün istirahətinizi nəyə görə məhz Çilidə keçirməyin 8 səbəbini sizə təqdim edir.

 

Bir dəfəyə vulkan, buzlaq, səhra və çimərlikləri görmək imkanı

Çili - minatür Yer kürəsidi desək yanılmarıq. Çili demək olar ki, bütün iqlim qurşaqlarında yerləşir. Ölkənin şimalından tropik iqlim qurşağı başlayır və cənubda mülayim iqlim qurşağı ilə bitir. Ölkəni gəzməklə dünyada ən az yağıntı düşən Atakama səhrasını, Laquna-San-Rafael milli parkında aysberqləri, serferlərlə dolu olan İkeke çimərliklərini və çox hündür vulkanları öz gözlərinizlə görə bilərsiniz.


Cənubi Amerikanın ən yaxşı şəhərində olmaq imkanı

Bir çox reytinqlərə əsasən Santyaqo-De-Çili Latın Amerikasını ən gözəl, təhlükəsiz və dinamik meqapolisidi. Restoranları, gecə məkanları Alp dağlarının zirvələri əhatə olunmuş şəhərə hər bir şəhərin paxıllığı tutar. Santyqo-De-Çili də hər bir maddi imkana malik olan şəxslər üçün otel tapmaq mümkündü. Bu şəhərə getsəniz, mütləq San-Kristobal və Santa-Lusio zirvələrinə qalxın. Buradan açılan mənzərəni sözlə izah etmək mümkün deyil.


Çili şərabına və piskoya heyran olacaqsanız

Dünyanın heç bir yerində buradakından yaxşı pisco içkisini tapa bilməzsiz. Pisco-üzümdən hazırlanan alkoqollu içkidi. Onun adı yerli qəbilələrin dialektindən götürülüb və tərcümədə “uçan quş” mənasını verir. Əgər siz yüksək faizli alkoqol həvəskarı deyilsinizsə, onda siz “pisco sour” kokteylinin dadına baxa bilərsiniz. “Pisco sour” içkiyə limon soku, yumurta və şəkər əlavə etdikdən sonra alınır, onu Çilinin hər bir restoranında tapa bilərsiniz.

Bir çoxları bura gələrkən, onlar yerli şərabın dadından doya bilmirlər. Çili də iqlim müxtəlifliyi burada çoxlu sayda üzüm yetişdirməyə imkan verir. Hal-hazırda ölkədə 100ə qədər şərab zavodu fəaliyyət göstərir.


Yayda xizək sürmək, qışda isə çimərliyə getmək

Çili cənub yarımkürəsində yerləşir, deməli bura əgər siz qışda gəlsəniz özünüzlə gün eynəyi və çimərlik geyimini götürməyi unutmayın. Burada dağ kurortu mövsümü iyun-iyul aylarında açılır. Burada dağ kurortu çox inkişaf edib, Kasablanka və Vilyarrika vulkanını üzərində yerləşən kurokt yerləri uzun illərdiki xizəkçilərə xidmət edir.

Çili də yay mövsümündə də çox yaxşı istirahət etmək mümkündü. Siz buradakı çimərliklərdə günəş vannası qəbul edə, sörfinq sürə bilərsiniz. Əgər sakit istirahəti sevisinizsə balıq tutmaqla da məşğul ola bilərsiniz.


Pinqvinlər, flaminqolar və quanako ilə yüzlərlə şəkil çəkdirmək

Ekzotik heyvanlar Çili üçün adi haldı. Hər bir milli parkda minlərlə pinqvin saxlanılır və qorunur. Maqdalena adasında pinqvinlər o qədər çoxdur ki, ilk baxışdan yeməyə yığımış qarışqaları xatırladır. Quşlar burada insanlara fikir verməyərək alçaqdan uçurlar. Çilidə heç vaxt görmədiyiniz lama növü olun- quanakonu görə bilərsiniz. Burada həmçinin vəhşi atlar və flaminqolar da geniş yayılmışdı.


Ozor sahili ilə avto-səyahət

Şimaldan cənuba uzanan bu ölkəni tamamilə seyr etmək üçün avtomobilə ehtiyac var.  Çili də yollar keyfiyyətlidi və burada avtomobil icarəyə verən müəssələr yüzlərlədi. “B” kateqoriyalı bir avtomobil icarəsi sizə təxminən həftəyə 300$ başa gələcək.

“Vəhşi” Pataqoniyailə avto-səyahət burada məhşurdu. Həmçinin siz Ozorun sahili ilə səyahətə çıxa bilərsiniz. Burada sizə çoxlu avtoturlar təklif olunacaq. Onların bəziləri vasitəsi ilə siz Argentinaya da səyahət edə bilərsiniz.


Pasxi adasında daş bütləri görmək

Pasxi adası ölkədən ən kənarda yerləşən Sakit okeanda olan bir adadı. Alimlərin hələ də bu adada həyatın necə yaranması haqqda bir fikrləri yoxdu. Onlar hələ də burada bütün dünyaya məhşur olan moai- daş sütünların haradan peydə olduğundan xəbərsizdilər. Adaya yerli avia-şirkət vasitəsi ilə uça bilərsiniz. Yol təqribən 5 saata yaxın olacaq. Adada hər bir şey təbii ki, bu daş sütünlarla bağlıdı. Məsələn, Rano Roraku vulkanı- məhz daş sütünların çoxu burada yerləşirdi, sonradan onları xüsusi platformalara gətirmişdilər. Rano Kau vulkanın kraterində çox gözəl göl yerləşir.


“Dünyanın axırına” getmək

Çiliyə səfər edənlərin çoxu ölkənin ən cənub nöqtəsinə qədər gedib çatmırlar. Buranın ən cənub nöqtəsi Odlu Torpaq adasında yerləşir. Bu adanı Çili ilə Argentina demək olar ki, yarıya bölürlər. Argentina tərəfdə planetin ən cənub şəhəri olan Uşuaya yerləşir. Uşuaya şəhərinə “dünyanın axırı” deyirlər. Bütün buranı gəzərkən müxtəlif mənzərələrin şahidi olacaqsanız. İstər pinqvinlərlə dolu adaları, istərsə də vəhşi şirləri öz gözlərinizlə görə biləcəksiniz.



YERLƏR


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur