YERLƏR
7 ən adrenalinli attraksion parkları

Əgər, təbiət qoynunda və ya çimərlikdə istirahətdən bezmisiniz, ürəyinizdən adrenalin, risk və heç zaman unutmayacağınız anları yaşamaq keçir ? Onda bu məqalə sizin üçündü! Marifia.com dərgisi dünyanın ən adrenalinli attraksion parklarının siyahısı hazılayıb. Marifia.com bu siyahını sizlərə təqdim edir.



Ferrai World (BƏƏ, Abu-Dabi)



Dubaydan maşına yarımsaatlıq bir məsafədə Yas adası yerləşir. Bu adada dünyanın ən böyük parkı olan “Ferrari World” yerləşir. Parkın üstündəki “Ferrari” şirkətinin nəhəng işarəsini kosmosdan aydın görmək olur. Parkın içindəki atraksionların təkcə görünüşü sizə adrenalin vəd edir. Məsələn, Formula Rossa attraksionu Formula 1 yarışındakı sürətlərdən heç də fərqlənmir, bu amerikan attraksionu təkanı 100 km/saat sürətlə götürür, əsas sürət isə nə az, nə çox düz 240 km/saatdır. Özünüzü havada hiss etmək istəyirsiniz? Ferrari World sizə bu imkanı da yaradır. Siz kapusalının içinə oturursuz və böyük sürətlə 62 metr yüksəkliyə qalxırsız, və həmin sürətlə də aşağıya enirsiniz. Sonda isə sizə ən emosional şəklinizi təqdim edirlər. Həmçinin, burada siz müxtəlif markalı maşınlarla tanış ola bilərsiniz.

Europe Park (Almaniya, Rust)



Ferquent Traveler Awards 2010 mükafatının qalibi Europe Park olmuşdu. Avropanın ən böyük əyləncəncə mərkəzlərindən biri olan Europe Parkda siz Avropa mədəniyyəti ilə də tanış ola bilərsiz. Buradakı dizayn və attraksionların özləri sizə bir neçə saat ərzində Avropanı əyani olaraq göstərəcək. Burada ən maraqlı attraksionlardan biri də 73 metrlik “Gümüş ulduz”du. Onun vaqonu 130 km/saat sürətlə hərəkət edir. “Poseydon” su sürüşkənindən isə 850 metrlik yolu 70 km/saat sürətlə sürüşə bilərsiniz. Buradalı bütün attraksionlar Almaniya istehsalıdı, ona görə də keyfiyyətə əmin ola bilərsiniz.

Water World (Kipr)



Su, su, ətrafınız su. Bura Avropanın ən böyük akvaparkıdır. 20dən çox sürüşkən, müxtəlif su attraksionları hamısı bir arada. Buradakı sürüşkənlərə minmək üçün cəsarətiniz heç də, qədim Yunan əfsanələrindəki qəhrəmanların cəsarətindən az olmamalıdı. Buradakı “Düşən İkara” sürüşkəni elə qurulub ki, siz şaquli vəziyyətdə əvvəl yuxarı qalxırsız, sonra birdən sürətlə aşağıya sürüşürsünüz. Buradakı yeni attraksionların birində siz əvvəlcə sürüşürsüz, sonra boş trubanın içinə girirsiz və o da sizi suya çatana qədər dayanmadan 360 dərəcə fırladır.

 

Port Aventura (İspaniya)



İspaniyadakı bu attraksionlar parkı Avropada ən yaxşılarından biri hesab olunur. Europe Parkda olduğu kimi də burada Avropanın müxtəlif ölkələrinin incəsənət nümunələrinə rast gəlmək olar. Furius Baco atraksionunda siz 135 km/saat sürəti 3 saniyəyə yığa və bu sürətlə hərəkə edə  bilərsiniz. Dragon Khan parkın ən adrenalinli attraksionlardan biri sayılır. O, 45 metr yüksəklikdən başlayır, vaqonlar isə 105 km/saat sürətlə hərəkət edir. Port Aventuranın yanında böyük Caribe Aquatic akvaparkı fəaliyyət göstərir.

Cedar Point (ABŞ)



ABŞda yerləşən bu park 1892ci ildən insanları heyrətləndirməyə davam edir. Park attraksionların sayına görə dünyada birinci yeri tutur. Burada onların sayı 70dən çoxdu. Skyhawk attraksionun əlləri dünyada ən hündürdü(31 metr.) Onlar sizi 35 metr yüksəkikdən 1 saniyəyə yerə enməyə vadar edəcək. Magnum XL-200 və Millenium attraksionuna minməyə qərar verməmişdən əvvəl, hər ehtimala qarşı vəsiyyətinizi yazın.

Thope Park (Böyük Britaniya, London)



Buradakı attraksionların təkcə adları sizin qanınızı daha sürətlə işləməyə vadar edəcək. “No exit” attraksionu həqiqətən də adına uyğundu. “Mişar” filminin sujetinə uyğun olaraq tikilən “Saw Alive” qorxulu evi sizin yaddaşınızdan uzun müddət silinməyəcək. Burada 6 qanla dolu otaq var, hər bir otaqda sizi yeniliklər gözləyir. Buradan çıxmaq üçün isə 30 metrlik sürüşkəndən aşağı sürüşməlisiz.

Lottle World (Cənubi Koreya, Seul)


Lottle World Cənubi Koreyanın fəxridi. Bura nəinki , Asiyanın hətta dünyanın ən böyük attraskion parklarından biri sayılır. Parkın üzərindəki yekə hərflərlə yazılmış “Lottle World” sözünü peyk vasitəsi ilə görmək mümkündü. Burada siz həmçinin qədim Misir mədəniyyəti və ispan gəmiləri ilə də tanış ola bilərsizniz. 


Tərcümə: Rufət Mir Feyzullazadə


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur