YERLƏR
Amsterdama getməyin 5 əsas səbəbi

Rembradtın əsərlərinə baxmaq, yoxsa Qırmızı fənərlər küçəsi ilə gəzmək ? Bərədə yaşamaq və hər gün təzə çiçəyin ətrini hiss etmək, yoxsa, yerli bazarda xırda əşyalar axtarmaq ? İcarəyə velosiped götürərək idmanla məşğul olmaq, yoxsa, bütün axşamı kofe mağazalarında keçirtmək ? Əgər siz istirahətinizi harada keçirməyinizi bilmirsizsə, onda Amsterdama getməyin əsas səbəblərini oxuyun 

 

Bərədə yaşamaq imkanı


Rahat və öyrəşdiyiniz yaşayış yerinizi, ətrafda yalnız suyun olduğu bərəyə dəyişə bilərsiniz. Çox adam həmişəlik buna razılaşmasa da, etiraf edək ki, hamımız istirahətimizi belə keçirmək istərdik. Amsterdamın coğrafi şəraitin görə orada bərədə yaşayış yeri tapmaq heç də çətin deyil. Amstel Botel kimi 175 nəfərli, bahalı La Maroxidien və normal cibə uyğun olan Maria Alberta bərə-otelləri Amsterdamda fəaliyyət göstərir.

 

Rəssamlar və muzeylər


Niderland dünya incəsənətinə Van Qoq, Rembrandt kimi dahiləri bəxş edib. Amsterdamın Dövlət Muzeyinə gedərək Remrandtın işləri ilə yanaşı, çini qablar kimi dekorativ incəsənət nümunələri ilə tanış ola bilərsiniz. Məhşur Van Qoq muzeyində isə, Van Qoq kimi dahi rəssamın işləri ilə yanaşı həm ipressionist, həm də postimpressionist rəssamların işləri ilə tanış ola bilərsiniz. Muzeydə həmçinin Mone, Sera, Tuluz-Lotrek kimi fransız rəssamlarının əl işləri saxlanılır. 

 

Bazarlar


Amsterdamda bazar cəhətdən heç bir problem yoxdu. Amsterdam bazarların siz ürəyiniz istəyən hər bir şeyi- əntiq əşyalar, kənd məhsulları, geyim, gül tapa bilərsiniz. Əntiq əşyaları ədlə etmək  üçün Art Pleyn Spey və ya De Loira gedə biləsiniz. Şərq dünyasının elementlərini axtarırsınızsa onda Dappermarkt və Keypmarkt bazarları sizə kömək ola bilər. Təzə kənd məhsullarını isə Linderqraxt və Nordenmarktdan əldə edə bilərsiniz.

 

Azad istəklər


Amsterdamda yüngül dozada narkotiklər, fahişəxanalar, bircinsli nigahlar qanunidir. Çox adama bu qəribə gəlsə də, insanların azad istəklərindən həzz almaq çox gözəldi. Amsterdama gedərək, yüngül marixuana qəbul edib, Qırmızı fənərlər küçəsindəki “vitrinlər”dəki qızlara baxa bilərsiniz. Əgər siz qəhvə həvəskarısınızsa, onda siz geniş qəhvə assortimenti ilə tanış ola bilərsiz. Lakin qanundan qırağa çıxmamağı unutmayın

 

Avropanın velopaytaxtı


Amsterdam Avropanın velopaytaxtıdı. Burada demək olar ki, bütün rayonlarda velosiped yolları var. Velosiped icarəsi ilə məşğul olan şirkətlər isə onlarladı. Siz icarəyə götürdüyünüz velosipedlə yaxındakı əyalətə gedrək, təbiət qoynunda istirahət edə bilərsiniz. İcarənin qiyməti də baha deyil.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur